Azərbaycanda qiyməti bahalaşan və ucuzlaşan MƏHSULLAR - SİYAHI

Azərbaycanda qiyməti bahalaşan və ucuzlaşan MƏHSULLAR - SİYAHI2022-ci ilin yanvar ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı ərzaq və qeyri-ərzaq məhsulları, həmçinin xidmətlərin dəyərində baş verən dəyişikliklər barədə məlumat verilib.
KONKRET.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2022-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları aylıq müqayisədə 2,6 faiz bahalaşıb.
Ərzaq məhsullarından çörək, un, qarabaşaq yarması, makaron məmulatları, qoyun, mal və toyuq əti, təzə və dondurulmuş balıq, pendir, kəsmik, xama, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü süd, kərə yağı, nar, heyva, naringi, xurma, banan, alma, armud, xiyar, pomidor, balqabaq, kartof, soğan, sarımsaq, mərci, şəkər və şəkər tozu, konfetlər, kakao tozu, limonad, pivə, araq, tütün məmulatları bahalaşıb.
Yumurta, portağal, kələm, çuğundur və yerkökü isə ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Azərbaycanda qiyməti bahalaşan və ucuzlaşan MƏHSULLAR - SİYAHIQeyri-ərzaq məhsulları isə əvvəlki aya nisbətən 0,8 faiz bahalaşıb.
Belə ki, parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, televizorların, notbukların, paltaryuyan maşınların və toz şəklində sintetik yuyuсu vasitələrin qiymətləri artıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri isə 1 faiz artıb.
Poçt vasitəsilə bağlamaların göndərilməsi haqlarında, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində artım var.
Hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə azalma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sosial       Tarix: 11 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcək

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir. Bu məqsədlə Yeni Klinika v

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-mayor rütbəs

Faciəvi şəkildə həlak olan DSX əsgərinin - Fotosu

Xəbər verdiyimiz kimi, Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun olduğu avtomobil sürüşərək çaya düşüb və o boğularaq həlak olub. "Qafqazinfo"y

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrini

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar

Leyla Əliyeva Yevlaxda - Fotolar

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Yevlaxa səfər edib. xəbər verir ki, o, bu barədə görüntüləri instaqram hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik:

Belə paylaşımların 2000 manat cəriməsi var

Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır. Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesa

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb


yeni xeberler azerbaycan xeberleri son xeberler metbuat xeberleri bu gune olan xeberler ən son xəbərlər bugün sonxeberler