Azərbaycanda qonaqlığa gedən 5 dost dəhşət yaşadı - ÖLƏN VAR

Azərbaycanda qonaqlığa gedən 5 dost dəhşət yaşadı - ÖLƏN VARBu ilin 7 iyun tarixində Siyəzən rayonu ərazisində - Beşdam kəndinə gedən yolda 1995-ci il təvəllüdlü Ramazanov Kamil Ağaqulu oğlunun idarə etdiyi "Opel Astra" markalı avtomobili aşırması və maşında olan sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlunun aldığı xəsarətlərdən dünyasını dəyişməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azxeber.com publika.az-a istinadən xəbər verir ki, Siyəzən rayon Məhkəməsində hakim Bəylər Ələkbərovun sədrliyi ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış işə baxılması zamanı maraqlı faktlar üzə çıxıb.
Bəlli olub ki, hadisəni törədən K.Ramazanov bu ilin aprel ayının sonlarında sürücülük vəsiqəsi, 1 ay sonra "Opel Astra" markalı minik avtomobili alıb. Bundan sonra isə o, dostları ilə yeni avtomobil almasını qeyd etmək məqsədilə toplayıb və onlar birlikdə yola düşüblər. Hadisəni təsvir edən təqsirləndirilən şəxs deyib:
"Nicat və digər 3 dostumla birlikdə iyunun 7-də saat 19:00 radələrində avtomobil almağımı qeyd etmək məqsədilə Qara Siyəzən kəndinə yola düşdük. Siyəzən-Beşdam yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etməyə başladıq, "Zaur Petrol" adlı YDM-dən bir qədər irəli keçdikdən sonra Siyəzən rayonu "Ataçay" adlanan yerə çatmağa az qalmış yolun sağ tərəfindən yola anidən it çıxdı. Mən həmin iti görmədim, itə çatmağımıza təxminən 10-15 metr qalmış onu gördüm və vurmamaq üçün sükanı sağa doğru döndərdim. İtin yanından keçəndən sonra avtomobili həddindən artıq sağa döndərdiyimi və avtomobilin çox hissəsinin yol çiyninə çıxdığını görərək sükanı sola tərəf çəkdim. Bu zaman avtomobil yolda olan çökəklik hissəyə düşdü, nəticədə idarəetməni itirdim və maşın sağa-sola ziqzaqvari hərəkətlər etməyə başladı. Bunu görən Nicat əlini sükana ataraq maşının idarəetməsini təmin etmək istəsə də, mənim tələbim əsasında sükanı buraxdı. Ola bilsin ki, həmin vaxt əyləc əvəzinə qaz pedalından istifadə etmişəm, nəticədə avtomobil yolun çiyninə çıxaraq bir qədər yolun kənarındakı torpaq ərazi ilə irəliləyib aşmağa başladı. Bir neçə dəfə aşdıqdan sonra avtomobil yolun kənarında olan boş ərazidə dayandı və mən dərhal avtomobildən düşdüm. Habelə Əmrahın, Natiqin və Sənanın maşından düşərək dayandıqlarını, Nicatın isə maşından təxminən 10 metr aralıda yerdə hərəkətsiz vəziyyətdə uzandığını gördüm və dərhal təcili yardım xidmətinə zəng vurduq. Bir neçə dəqiqə sonra təcili yardım avtomobili gələrək Nicatı, Əmrahı və Sənanı xəstəxanaya apardı, təxminən 10 dəqiqə sonra isə mən və Natiq xəstəxanaya getdik. Sonradan mənə Nicatın Siyəzən rayon xəstəxanasında ölməsini dedilər".
Məhkəmə Kamil Ramazanovu 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edib. Həmçinin o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.

Sosial       Tarix: 07 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes apa.az xeberler son.xabar son xeberler azerbaycan