Azərbaycanda qoyunlar 7 manata, nar bağları 40 manata sığortalanacaq

Azərbaycanda qoyunlar 7 manata, nar bağları 40 manata sığortalanacaqAqrar Sığorta Fondu dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə qoyunların və nar bağlarının güzəştli sığortasına başlayıb.
Bu barədə KONKRET.az-a Fonddan bildirilib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısı genişləndirilib. Nəticədə indi sığorta vasitəsilə demək olar ki, bütün meyvələri, o cümlədən Kürdəmir ərazisində geniş becərilən nar bağlarını sığortalamaq mümkündür.
Aqrar sığorta meyvə bağlarını – dolu; qasırğa; fırtına; sel və subasma; leysan; şaxtavurma, normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri, ildırım; yanğın; zəlzələ, torpaq sürüşməsi və sair risklərdən qoruyur.
Fermerlər nar bağlarının hər hektarından ildə orta hesabla 5-10 min manatlıq məhsul yığırlar.
Nar bağlarının hər hektarının baza zərfi ilə sığortası fermerlərə 40-80 manata başa gələcək. Bağdakı məhsul tamamilə itirilsə, fermerlərə müvafiq olaraq 4 500-9 000 manatadək kompensasiya veriləcək. Əlavə ödənişlə nar bağlarını donvurmadan, bitki xəstəliklərindən və dolu nəticəsində keyfiyyət itkisindən də sığortalamaq olar.
Nazirlər Kabinetinin qərarı ilə sığortalanan heyvanların siyahısı da genişləndirilib və buraya südlük inəklərlə yanaşı, ətlik mal-qara (danalar) və qoyun- keçilər də daxil edilib. Yeni tariflərlə 1 000 manatlıq inəyin sığortası fermerə 31-47 manata, 300 manatlıq keçinin sığortası 10,5 manata, 200 manatlıq qoyunun sığortası isə cəmi 7 manata başa gələcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu təsis edilib.
"Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulmuşdur. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

Sosial       Tarix: 12 fevral 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal bugun kriminal xeber son xəbərlər bugün 2026 kriminal