Azərbaycanda səkkiz vəzifəli şəxs işdən azad olunub

Azərbaycanda səkkiz vəzifəli şəxs işdən azad olunubAzərbaycanda səkkiz vəzifəli şəxs işdən azad olunub
Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi müşavirələrdə və tədbirlərdə verdiyi tapşırıqlardan, xüsusilə hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı göstərişlərindən irəli gələn vəzifələr Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında müzakirə olunaraq konkret tədbirlər müəyyən edilib, o cümlədən kollegiya qərarına əsasən dövlətimizin başçısının tələblərinin struktur və yerli qurumların diqqətinə çatdırılması məqsədilə xüsusi karantin rejimində videokonfrans vasitəsilə müşavirələrin keçirilməsi tapşırılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar mayın 18-də Ədliyyə Nazirliyində aidiyyəti nazir müavinləri Eldar Nuriyevin və Toğrul Musayevin, nazirliyin İcra və Probasiya xidmətlərinin və yerli qurumlarının, regional ədliyyə idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
Tədbirdə dövlət başçısının rəhbərliyi ilə respublikamızın hərtərəfli dayanıqlı tərəqqisi, bütün sahələrdə müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatlar vurğulanıb, sosial-iqtisadi inkişafa və əhalinin rifahına xidmət edən tədbirlərin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti qeyd olunub.
Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edən ölkə başçısının hüquq mühafizə sistemində islahatların dərinləşməsi, qanunun aliliyinin, qəbul edilən qərarların ədalətliliyinin və vətəndaş məmnunluğunun təmin olunması, kadrların dövlətə, xalqa bağlılığı, vətənpərvər və peşəkar olmaları, korrupsiyanın yolverilməzliyi ilə bağlı hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü qəti tələblər diqqətə çatdırılıb.
Müşavirədə qeyd olunub ki, ədliyyə və məhkəmə sisteminin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi üzrə ardıcıl islahatlar aparılır, bu sahədə mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində kompleks tədbirlər həyata keçirilir.
Ədalət mühakiməsinin təmin olunmasında mühüm rol oynayan məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasının effektivliyinin artırılması üzrə əməli işlər davam etdirilərək ötən il icraatda olmuş 861 mindən çox icra sənədinin 65 faizinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın vəsait ödətdirilib.
Aliment tələbinə dair icra işləri üzrə isə tələbkar şəxslərə 143.5 milyon manat vəsait ödənilib. İndiki pandemiya şəraitində vətəndaşların ədliyyə orqanlarına əlçatanlığı təmin edilərək borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin videoəlaqə vasitəsilə təmin edilməsi imkanı yaradılıb.
Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 3.200-dən çox şəxsə elektron qolbaq tətbiq edilib.
Həmçinin icra və probasiya xidmətlərinin kadr korpusunun komplektləşdirilməsi üzrə görülən tədbirlər, iş imkanlarının asanlaşdırılmasını təmin etmək üçün tətbiq olunan innovasiyaların əhəmiyyəti və bu işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb, 2020-ci il "Könüllülər ili" çərçivəsində 300-dən çox könüllünün bu xidmətlərdə fəaliyyətə cəlb olunduğu bildirilib.
Bununla yanaşı, yerli qurumların fəaliyyətində nöqsan və çatışmazlıqlar qeyd olunub, vətəndaşlardan daxil olan, o cümlədən yerlərdə keçirilən qəbullar zamanı, habelə "qaynar xətlər"ə edilən şikayət və siqnalların narahatlıq doğurduğu vurğulanıb. İcra və probasiya qurumlarının bəzi əməkdaşları tərəfindən xidməti vəzifələrinə səhlənkar yanaşılaraq süründürməçiliyə, digər nöqsan və qanun pozuntularına yol verilməsi diqqətə çatdırılıb, ötən bir ildə 22 nəfərin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən səkkiz nəfərin ədliyyə orqanlarından xaric olunduğu və ya vəzifəsindən azad edildiyi, üç nəfər barəsində toplanmış materialların prokurorluğa göndərildiyi vurğulanıb.
Müşavirədə dövlət başçısının hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü tələblərin ədliyyə orqanlarının fəaliyyətində daim rəhbər tutulması, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, o cümlədən indiki pandemiya şəraitində vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılması tapşırılıb.
Həmçinin, məhkəmə və digər orqanların qərarlarının vaxtında və tam icrasının təmin edilməsi, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, bu sahədə şəffaflığın və ictimai iştirakçılığın artırılması, eləcə də əməkdaşların məsuliyyət hissinin və peşəkarlığının yüksəldilməsi ilə bağlı və digər konkret göstərişlər verilib. /oxu.az

Sosial       Tarix: 18 may 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin


son xeberler yeni xeberler azerbaycan xeberleri xabarlar zelzele xabar az cəbhədən ən son xəbər