Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) pulsuz "Sandbox" sistemləri ilə bağlı şirkət və müəssisələrə xəbərdarlıq edib.
azxeber.com xəbər verir ki, qurum bu kimi ödənişsiz sistemlərin böyük risk daşıdığını, hər hansı kiberhücum nəticəsində həssas məlumatların ələ keçirilmə risklərinin yüksək olduğunu vurğulayıb.
XRİTDX-dən bildirilib ki, "Sandbox" sistemi - zərərli faylların və proqram təminatlarının qısa zamanda tədqiqini və qiymətləndirilməsini aparmaq üçün nəzərdə tutulmuş çox faydalı bir alətdir:
"Quruma özəl "Sandbox" sistemlərinin təchiz edilərək qurulması vəsait tələb etdiyindən bir çox istifadəçilər bu kimi həllərin bulud versiyalarından, bir çox hallarda isə ödənişsiz versiyalarından istifadə edirlər.
Fərdi istifadəçilərin şübhəli hesab etdikləri faylların zərərli olub-olmadığını təyin etmək məqsədilə onları internet vasitəsilə sözügedən sistemlərə göndərməsi və nəticə əldə etməsi üçün yaradılmış belə ödənişsiz "Sandbox" sistemləri göndərilən faylların məxfiliyini və ya konfidensiallığını qorumur.
Belə ki, fərdi istifadəçilər üçün nəzərdə tutulmuş bu cür ödənişsiz platformalar sistemə yüklənən istənilən faylı öz saytlarında yoxlanılmış fayl kimi qeyd etməklə dərc edir.
Bundan xəbərsiz olan, lakin daxil olmuş faylların təhlükəsizliyini yoxlamamaq üçün belə ödənişsiz xidmətlərdən istifadə edən bir çox müəssisə və bankların əməkdaşları konfidensial və fərdi məlumatları bilmədən ifşa etmiş olurlar.
Hazırda ölkəmizdə ən çox istifadə olunan "ANY.RUN", "Virustotal" kimi ödənişsiz platformalarda bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatların - sənədlər, müqavilələr, maliyyə və mülkiyyət faylları, CV-lər, hesabatlar və s. dərc olunduğunun şahidi ola bilərik.
Belə platformaların fərdi qaydada istifadəsi kibergigiyena baxımından yoluxmanın qarşısının alınması məqsədilə çox təqdirəlayiq müsbət hal olsa da bank və müəssisələrin və istifadəçilərin həssas məlumatlarının hər kəsə əlçatan açıq şəkildə paylaşılması böyük risk daşıyır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərvericilərin Tədqiqi Laboratoriyası, müəssisə və şirkətlərə bulud əsaslı "Sandbox" platformalarından istifadə zamanı konfidensial və fərdi məlumatların mühafizəsini təmin etmək məqsədilə yoxlamaları qapalı analiz imkanlarına malik sistemlərdə aparmağı tövsiyə edir.
Bununla yanaşı bilmək lazımdır ki, bu kimi sistemlərə yüklənən fayllar bəzi platformalarda hər kəsə açıq şəkildə paylaşılmasa belə, yüklənmiş fayllar 3-cü şəxslərin informasiya sistemində toplanır.
Sözügedən sistemdə baş verə biləcək hər hansı kiberhücum nəticəsində həssas məlumatlar sızdırıla və ya hakerlərin əlinə keçə bilər. Bunu nəzərə alaraq, belə xidmətlərdən istifadə edərkən yüklənəcək fayllardan həssas məlumatları silmək və ya gizlətmək üçün məlumatların redaksiyasını və anonimləşdirilməsini təmin etmək vacibdir.
Bununla yanaşı müəssisə daxilində əməkdaşların məlumatların qorunması, məxfilik və informasiya təhlükəsizliyi baxımından məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq əlavə maarifləndirici tədbirlərin həyata keçirilməsi müəssisə daxili kibergigiyenanın yüksəldilməsi baxımından əhəmiyyətlidir".
Məlumat üçün qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərvericilərin Tədqiqi Laboratoriyası hazırda yeni həll olan milli "Sandbox" sisteminin hazırlanması üzərində çalışmalarını davam etdirir.

Sosial       Tarix: 04 may 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri xeberler bu qun ensonxeberler cəbhədən son vəziyyət