Azərbaycanda şirkətdə 22 yaşlı oğlanın qətlinin şok səbəbi – 2 kilo kartofa görə

Azərbaycanda şirkətdə 22 yaşlı oğlanın qətlinin şok səbəbi – 2 kilo kartofa görəDekabrın 9-da Gəncə Ağır Cinayətlər Məhkəməsində Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən aqroparkda qətl törətməkdə təqsirləndirilən Nəsimi İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, bu il avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, rayonun İkinci Şıxlı kəndində yerləşən "İnvestel Group" MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü N.İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb.
İstintaqla müəyyən edilib ki, aqroparkda 11 avqust 2021-ci il tarixdə saat 21 radələrində işdən çıxan zaman N.Mansurovun özü ilə gətirdiyi çantaya iki kilo kartof yığıb apararkən həmin MMC-nin mühafizə rəisi inzibati binanın qarşısında keçirdiyi yoxlanış zamanı bunu aşkar edib və Novruzun əlindən kartofu alıb anbara təhvil verib. Bundan sonra - 13 avqust 2021-ci il tarixdə, saat 18 radələrində MMC-nin Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən kartof sahəsinin 24-cü ləki ilə həmsərhəddə yerləşən 1-ci ləkində mühafizəçi kimi vəzifəsinin icrasına başlayarkən Nəsimi İsmayılov ondan təxminən 100 metr aralı məsafədə oturub istirahət edən fəhlələri görüb kartof oğurluğunun qarşısını almaq məqsədi ilə işdən çıxan zaman bütün fəhlələri yoxlayacağına dair xəbərdarlıq edib. Bunu eşidən Novruz Mansurov onun bu sözlərindən xoşlanmayaraq cavab qaytarıb üzərinə gəlib. Onların arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı münaqişə baş verib. Mühafizəçi üzərində saxladığı turist bıçağı ilə Novruz Mansurovun bədəninə bir dəfə zərbə vuraraq onun ürək nahiyəsinə xəsarət yetirib. Daxilə nüfuz edən bıçaq ürəyin zirvəsinin və sol ağciyərin aşağı payının zədələnməsinə və daxili qanitirməyə səbəb olub.
Hadisə yerindən qaçan 21 yaşlı Nəsimi daha sonra polisə zəng edərək yerini bildirib.
///Publika.az

Sosial       Tarix: 15 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər cəbhədən video xəbər.az bugünki xəbərlər