Azərbaycanda tələbələr etiraz edir: Dövlət imtahanı ləğv edilsin

Azərbaycanda tələbələr etiraz edir: Dövlət imtahanı ləğv edilsinAzərbaycanda ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyir.
azxeber.com xəbər verir ki, tələbələr bununla bağlı sosial şəbəkələrdə kampaniya başladıblar.
Onlar qeyd edir ki, ilk dəfə Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə (ÜOMG) görə diplom alan tələbələrdə sadəcə bir semestr distant olmuşdu və həmin semestr də praktika üçün ayrılmış semestr idi. Ondan sonrakı ilin sonuncu kurs tələbələri ÜOMG-a görə diplom alıblar. 
Hazırda ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri bildirir ki, dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçmələrinə baxmayaraq, onlar dövlət imtahanına girəcəklər.
Bəs ali təhsil müəssisələrində hələ də dərslərin tam əyani formaya keçməməsinə baxmayaraq, bu il sonuncu kurs tələbələrinin diplom imtahanı niyə ləğv edilmir?
Məsələ ilə bağlı azxeber.com-a danışan təhsil üzrə ekspert Kamran Əsədov qeyd edib ki, təhsili idarə edənlərin böyük əksəriyyətinin təhsildən anlayışı yoxdur.
Ekspertin sözlərinə görə, dövlət imtahanı birmənalı şəkildə ləğv edilməlidir:
"Azərbaycan hələ də Sovet dövrünün təhsilindən yaxa qurtara bilmir. Təhsil yolu kəsməli deyil, təhsil yol açmalıdır. Bu gün bizim təhsilimiz insanların inkişafının qarşısını alır. Baxın, sabahdan etibarən Azərbaycanda texnoloji festival keçiriləcək, amma hamısı xarici ölkələrin texnoloji avadanlıqlarıdır. Niyə Azərbaycan hələ də özünün Səlcuq Bayraqdarını yetişdirə bilmir? Çünki biz müstəqil ölkə olmağımıza baxmayaraq, hələ də təhsil sistemimizdə müstəqillik yoxdur. Təhsili idarə edənlərin böyük əksəriyyətinin təhsildən anlayışı yoxdur. Bu yanaşma mexanizmi dəyişməlidir. Məsələnin mahiyyəti budur ki, biz bu gün orta və ali məktəblərdə yeni qaydaları sənəd üzərində tətbiq edirik, praktikada yox.
 Azərbaycanda tələbələr etiraz edir: Dövlət imtahanı ləğv edilsinÜOMG və dövlət imtahanı məsələsinə baxaq, təsəvvür edin, bir adam dörd il əvvəl bir fəndən imtahan verib, sonra dörd ildən sonra təkrar imtahan keçiririk. Bu, nə qədər ədalətlidir? Biz bunu tətbiq etməməliyik. Bir tələbə bir fənndən iki dəfə imtahan verə bilməz. Biz vaxtilə bundan imtahan verdirmişik və ona aid qiymət yazılıb. Düzdür, yeni qaydalara görə, dövlət imtahanı artıq ləğv edilir, amma bu, ikinci kurslara aiddir, yəni, indi ikinci kursda oxuyanlar dövlət imtahanı verməyəcək. Onlara birbaşa ÜOMG ilə diplom alacaqlar.
Problemin ikinci tərəfi odur ki, biz dövlət imtahanı ilə heç nəyə nail olmuruq. Sadəcə uşaqlara əlavə əziyyət veririk və bu, əlavə pul tələsidir. Bu gün universitetlərdəki dövlət imtahanının bir məqsədi var, tələbələri kəsib pul yığmaq. Bundan başqa, Azərbayanda pandemiya dövrü hələ də başa çatmayıb, karantin rejimi uzadılıb. Universitetlər təhsili tam olaraq bərpa etməyiblər. Ona görə də, birmənalı şəkildə dövlət imtahanı ləğv edilməlidir".
K. Əsədov qeyd edib ki, bu gün təhsildə keyfiyyətin düşünülmədiyi üçün bu cür hallar ortaya çıxır:
"Universitetlər üçün bu mövcud vəziyyət sərf edir, onların xərcləri azalır. Tələbələr nə qədər az gəlsələr, universitet işıqdan, sudan, qazdan digər xərclərdən az istifadə edir. Amma bunun müqabilində təhsil haqları azalmadı. Xərclər azalsa da, təhsil haqqı azalmadı. Keyfiyyəti düşünən olsaydı, tam təhsilə keçərdilər".
Aydın Nuri

Sosial       Tarix: 26 may 2022
f Paylaş

Oxşar xəbərlər

Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşara

Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA

"Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir". xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib

Sürücülərin nəzərinə: Sabahdan Bakının bu mərkəzi küçəsi bağlanır

Sabah Bakının Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işlərinə başlanılacaq. Bu barədə -a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məluma

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü

Ağcabədidə "Azərişığ"ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Belə ki, rayonun 2002-ci il təvəllüdl

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər cəbhədən son görüntülər metbuat xeberleri beynelxalq bank mezenne