Azərbaycanda turizm dələduzlarından necə qorunmaq olar? - ARAŞDIRMA + FOTO

Azərbaycanda turizm dələduzlarından necə qorunmaq olar? - ARAŞDIRMA + FOTOAzərbaycanda turizm dələduzlarından necə qorunmaq olar? - ARAŞDIRMA + FOTO
Azərbaycanda bütün sahələrdə olduğu kimi, turizm sahəsində də dələduzluq halları var.
Müxtəlif işbazlar vətəndaşların etibarından sui-istifadə edərək onlara tur paketlər satır, sonra isə məlum olur ki, ya paketə daxil olan aviabilet alınmayıb, ya də ki otel bron olunmayıb.
Maraqlıdır ki, belə tur paketləri insanlara təklif edən insanların hamısı ofisdə, konkret yerdə fəaliyyət göstərmir, onlar bu dələduzluğu həm də sosial şəbəkələrin imkanlarından istifadə etməklə həyata keçirir. Bəs turizm dələduzlarından necə qorunmaq olar?
"Report" mövzünü turizm mütəxəssisləri ilə müzakirə edib.
"Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin sədri Əhməd Qurbanov deyir ki, dələduzluq hallarının üstü adətən avqust ayında açılır:
"İnsanlar mövsümün əvvəlində və yaxud qışda yayın sonuna doğru olan tur paketləri alırlar, hava limanına gedəndə yaxud istirahətin vaxtı yaxınlaşanda isə məlum olur ki, verdikləri pul boşa gedib, nə aviabbilet var, nə də hotel. Son nəticədə vətəndaşlar həm maddi, həm də mənəvi zərbə alırlar".
Onun sözlərinə görə, assosiasiya belə ballarla mübarizə aparmağa çalışır, lakin heç də həmişə uğulu olmur:
"Bəzən bu problemləri çözmək alınır, bəzilərində isə konkret dələduzluq faktı olduğu üçün hüquq mühafizə orqanlarına müraciət etmələrini məsləhət görmüşük. Onların vasitəsilə bir çox məsələlər həll olunub. Onu da qeyd edim ki, vətəndaşlar tur paketi almamışdan əvvəl yaxşı araşdırma aparmalı, şirkətin saytı ilə tanış olmalıdırlar. Şirkətin fiziki olaraq ofisi, həmin ofisdə müəyyən sayda işçisi olmalıdır. Assosiasiya olaraq bizə də müraciət etmək olar. Biz onları normal turizm şirkətlərinə yönəldə bilərik".
Azərbaycanda turizm dələduzlarından necə qorunmaq olar? - ARAŞDIRMA + FOTOƏ.Qurbanov hesab edir ki, bir qədər əvvəl qəbul olunmuş "Turizm haqqında" yeni qanun dələduzluq hallarının sayını xeyli azaldacaq:
"Yeni qanunda turizmlə bağlı reyestrin yaradılması məsələsi var. Artıq bunun mexanizmi hazırlanır və onun sayəsində dələduz şirkətlərin, demək olar ki, kökü kəsiləcək. Reyestr xidməti şirkətlərin öz məlumatlarını mütləq şəkildə ora daxil etməsi üçündür. Məlumat bazası orada olduğuna görə, artıq sırf bazarda normal şəkildə işləyən şirkətlər qalacaq. Dələduzluq halları minimuma enəcək".
"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Dübəndi isə deyir ki, turizm dələduzları Azərbaycanla yanaşı, digər ölkələrdə də var və daha çox sosial şəbəkələrdə mövcuddurlar:
"Sosial şəbəkələr əmələ gələndən sonra dələduzlar oranı özlərinə platforma seçib, oradan satışlar edirlər. Bəzi hallarda hüquqi cəhətdən məlum olmayan turizm şirkətləri olur. Onların nə qeydiyyatı olur, nə də VÖENİ-i. Ola bilsin, heç ofisləri də yoxdur. Texniki təchizatları zəif olan belə "şirkətlər"in turizm sahəsində tələb olunan müqavilələri, danışıqları yoxdur ki, turizm məhsullarını yaradıb sata bilsinlər.
Onlar çox vaxt hazır turu götürüb, öz faizlərini əlavə edərək satırlar. Belə şirkətlər üzə çıxırlar. Assosiasiya olaraq biz belə şirkətlərlə rastlaşmasaq da, onlarla üzləşənlərin olduğunu bilirik. Təbii ki, biz belə halları qəti şəkildə qınayırıq".
S.Dübəndi belə halların artma səbəbini həm də savadsızlıqda görür:
"Bu sahədə savadsız insanlar da var. Onlar elə bilirlər turizm agentliyi yaratmaq üçün xüsusi biliklər lazım deyil. Düşünürlər ki, heç yerdə bunu oxumaq, təcrübələr keçmək ehtiyacı yoxdur. Bu da belə səhvlərə, düzgün olmayan hərəkətlərə gətirib çıxarır.
Bunların qarşısını almaq üçün güclü təşviqat işləri aparılmalıdır. Sahibkarlarla və sahibkar olmaq istəyənlərlə təlim keçilməlidir ki, müəyyən qədər formalaşa bilsinlər".

Turizm       Tarix: 08 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat xeberleri cəbhədən son dəqiqə xeber.az xeberler bu qun