Azərbaycanda ümumilikdə 2,5 min nəfər minadan zərər çəkib

Azərbaycanda ümumilikdə 2,5 min nəfər minadan zərər çəkibAzərbaycanda ümumilikdə 2,5 min nəfər minadan zərər çəkib
Artıq 5-ci ildir ki, minaların və müharibənin partlayıcı qalıqlarından zərər çəkənlərin sayı artmaqdadır və bu dövrdə 5554 nəfər zərər çəkən qeydə alınıb. İtkilərin böyük əksəriyyətini (80%) hələ də mülki şəxslər təşkil edir, bunun da təxminən yarısı 43% uşaqlardır.
Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.
O bildirib ki, bununla bağlı Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Landmine Monitor Report 2020 hesabatı ictimaiyyətə təqdim olunub. Bu Hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 22-ci illik hesabatdır.
Hesabatda bildirilir ki, bu Konvensiyanın imzalanmasından keçən 23 il ərzində dünyanın 80% ölkəsi yəni 164 ölkə "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında Konvensiyaya üzv olmuşdur. 33 dövlət o cümlədən də Cənubi Qafqaz ölkələri bu Konvensiyaya qoşulmayıb.
Hesabat dövründə ölkələrdən yalnız Myanmanın hökumət qüvvələrinin minalardan istifadə etdiyi qeydə alınıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tailand və Türkiyə ərazisi isə daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır.    
Son hesabatda bildirilir ki, 38 ölkənin ərazisində və 3 qeyri-dövlət ərazidə minaların məhv edilməsi əməliyyatları aparılıb. Hesabat dövründə 156 kvadrat km ərazi minalardan təmizlənib. 123 min ədəd piyada əleyhinə mina tapılaraq məhv edilib. Ərazisinin minalardan tam azad elan edən ölkələrin sayı 31 -ə çatıb. 41 ölkə mina istehsalını dayandırdığını bildirmiş, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.
Hesabatda bildirilir ki, Azərbaycan Respublikası rəsmi olaraq bildirib ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləsə də özünün ərazi bütövlüyünün pozulması səbəbindən "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında Konvensiyaya qoşula bilmir. Bu səbəbdən də Azərbaycan Respublikası  yalnız Ermənistanla konflikt həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Azərbaycan dəfələrlə bildirmişdir ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir.
Hesabat dövrünün sonuna Azərbaycanda rəsmi olaraq 2 439 nəfər mina - müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2 min 056 nəfər yaralanıb. /oxu.az

Sosial       Tarix: 16 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssisləri

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

Azərbaycanda avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, iyulun 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat təşkil edib. Türkiyə lirəsi 0,0363 manata kimi ucuzlaşıb, öz növbəsində, Rusiyanı

Leyla Əliyeva Yevlaxda - Fotolar

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Yevlaxa səfər edib. xəbər verir ki, o, bu barədə görüntüləri instaqram hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik:

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

Azərbaycanda su infrastrukturunun müasirləşdirilməsi və rəqəmsal idarəetməyə keçid istiqamətində mühüm mərhələ başlayır. Su itkilərinin minimuma endirilməsi, qəzalara operativ müdaxilənin təmin edilməsi və istehlakın dah

Azərbaycanda bu valyuta bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0364 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. . xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məluma

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar

Pediatr xəbərdarlıq etdi - Bu xalq deyimi yalandır

Ötən gün Daşkəsəndə 1 yaş 6 aylıq qız uşağı qızdırmadan vəfat edib. Bundan əvvəl, iyul ayında Şəmkirdə 1 yaşlı körpə yüksək hərarətdən keçinmişdi. Oxşar hal 2026-nın başlanğıcından bir neçə də təkrarlanıb. Halbuki xalq arasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər krminal bu gun apa.az xeberler az xeber