Azərbaycanda vətəndaşın xəbəri olmadan adına torpaq sahəsi rəsmiləşdirilib?

Azərbaycanda vətəndaşın xəbəri olmadan adına torpaq sahəsi rəsmiləşdirilib?Azərbaycanda vətəndaşın xəbəri olmadan adına torpaq sahəsi rəsmiləşdirilib?
Azərbaycanda vətəndaşın xəbəri olmadan onun adına torpaq sahəsi rəsmiləşdirilib.
Bu barədə Unikal.org-a şikayətçi Əliyev Vüsal Yaşar oğlu məlumat verib.
O qeyd edib ki, dövlət qurumlarının səhvini təsadüf nəticəsində öyrənib:
"Elektron hökumət portalında şəxsi kabinetimi nəzərdən keçirdiyim zaman adıma olan əmlakların siyahısında Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində 0.588 hektar torpaq olduğunu gördüm. Amma təbii ki, buna inana bilmədim. Çünki mənim adıçəkilən rayonla heç bir əlaqəm olmadığı üçün orada adıma pay torpağı ola bilməzdi. Məlumatı dəqiqləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdim.
Həmin qurumun mənə verdiyi arayışda adıçəkilən kənddə 0.588 ha təsərrüfat təyinatlı torpağın 1/5 hissəsinin mənim olduğu qeyd edilib. Bundan sonra kiminsə mənim adımdan dələduzluq əməli törətdiyini ehtimal etdiyim üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz ərazi şöbəsinə getdim. Orada mənim adımla əməliyyat edildiyini və həmin torpağın satıldığını qeyd etdilər. Qeyd olunan məlumatlarda mənim ünvanım, təvəllüdüm yazılmışdı. Şöbənin rəisinin də yanında oldum. Mənə dedilər ki, bu yanlışlıq Notariat xidmətinin səhvidir. Ona görə də Tovuz Regional "ASAN Xidmət"in Notariat Xidmətinə müraciət etdim. Orada da bildirdilər ki, alqı-satqı əməliyyatı mənim adımla olub. Bunun texniki yanlışlıq olduğunu qeyd etdilər. Orada da səhvin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətiinin 15 saylı Tovuz ərazi şöbəsində olduğunu dedilər.
Mənə məhkəməyə müraciət etməyimi məsləhət bildilər. İndi mən adıçəkilən qurumların tabe olduqları nazirliklərdən kömək istəyirəm ki, bu məsələ araşdırılsın. Bəlkə də kimsə mənim adımla hansısa dələduzluq əməli törədib. Bir neçə quruma müraciət etmişəm, elə idarələr var ki, ora dövlət rüsumu ödəmişəm. Heç nədən xəbərim olmadığı halda niyə vəkilə müraciət etməliyəm? Niyə dövlət rüsumu ödəyib məhkəməyə müraciət etməliyəm? Xahiş edirəm, bu məsələnin tam və şəffaf araşdırılması təmin olunsun".
Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bildirilib ki, Bakı şəhər sakini Əliyev Vüsal Yaşar oğlunun Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0.588 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun adından alqı-satqı olunması barədə müraciəti araşdırılıb.
Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində mövcud məlumatların dəqiqləşdirilməsi zamanı müəyyən edilib ki, 0.588 ha torpaq sahəsinə dair əməliyyatın aparılması zamanı ad, soyad və ata adının eyniliyi səbəbindən Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini olan Əliyev Vüsal Yaşar oğlunun məlumatlarının əvəzinə Bakı şəhər sakini Əliyev Vüsal Yaşar oğlunun məlumatları sistemə daxil edilib. Göstərilənlərlə əlaqədar artıq müvafiq dəqiqləşdirmə aparılıb və məsələ həllini tapıb. /oxu.az

Sosial       Tarix: 03 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az cəbhədən son xəbər metbuat xeberleri enson xeberler