Azərbaycanda yaşayan xalqların nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanda yaşayan xalqların nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblərAzərbaycanda yaşayan xalqların nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycanda yaşayan xalqların nümayəndələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik ediblər.
Təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident!
Biz – Azərbaycanda yaşayan xalqların nümayəndələri Sizin və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın mənfur düşmən işğalından azad edilməsi münasibətilə ürəkdən təbrik edir, yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Məhz Sizin komandanlığınız altında şanlı Ordumuzun erməni işğalçıları üzərində qazandığı zəfərlər hər birimizdə qürur, iftixar hissləri yaradır. İşğal altında olan ərazilərimizin erməni faşistlərindən təmizlənməsi uğrunda aparılan mübarizə bir daha sübut etdi ki, Azərbaycan xalqı özünün etnik, dini müxtəlifliyinə baxmayaraq, vahid, yenilməz və bölünməzdir. Məkrli düşmənin və onun əlaltılarının illər boyu apardıqları pozuculuq fəaliyyəti, təxribat cəhdləri nəinki tamamilə iflasa uğradı, eyni zamanda, Vətən müharibəsi bizim əbədi və sarsılmaz qardaşlıq tellərimizi daha da möhkəmləndirdi. Azərbaycan xalqlarının bütün nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə böyük fədakarlıq, vətənpərvərlik nümunəsi göstərdilər. Biz Azərbaycan əsgərlərini və şəhidlərimizi etnik və ya dini kimliklərinə görə ayırmırıq, onların hər biri bizim fəxrimiz, övladlarımız, bütöv Azərbaycan xalqının oğullarıdır.
Vətən müharibəsinin həyəcan, lakin böyük ümid dolu dövründə elə gün olmadı ki, ölkənin fərqli inanc yerlərində, müxtəlif dillərdə qəhrəman Azərbaycan Ordusuna, müasir Azərbaycan tarixinin yeni qalibiyyət səhifəsini yazmış Müzəffər Ali Baş Komandanımıza dualar edilməsin, Vətən torpaqlarının erməni işğalçılarından azad olunmasında fədakarlıq göstərən əsgər və zabitlərimizə Uca Rəbbimizdən cansağlığı, qələbə müjdəsi arzuları dilə gətirilməsin. Misilsiz tarixi Qələbəmizin əldə olunmasında Sizin müdrik dövlət başçısı, qətiyyətli sərkərdə və Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi misilsiz xidmətlərinizi və nailiyyətlərinizi yüksək dəyərləndirir, 30 illik intizardan sonra bizə qələbə sevincini yaşatdığınıza görə Azərbaycanda yaşayan bütün xalqlar adından dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, Sizi bir daha əmin edirik ki, Azərbaycan Respublikasının ərazisində yaşayan xalqlar həm doğma Vətənimizin müdafiəsində, milli dövlətçiliyimizin daha da inkişaf etməsində, ərazi bütövlüyümüzün qorunmasında, həm də dinc quruculuq işlərində Sizin fəaliyyətinizi bundan sonra da daim dəstəkləyəcək və yanınızda olacaqlar. Sizinlə fəxr edirik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Dərin hörmət və ehtiramla,
Kamal Abdullayev - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri
Rəvan Həsənov - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru
İmamverdi Həmidov - Azərbaycanda talış icmasının ağsaqqalı
Əhməde Həpo - Azərbaycanda kürd icmasının ağsaqqalı
İmran Rzayev - "Samur" Ləzgi Mərkəzinin sədri
Məhəmməd Nooyev - Azərbaycan-Avar İctimai Birliyinin sədri
Mixail Zabelin - Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı
Elman Əhmədov - "Azəri" Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri
Milix Yevdayev - Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri
Robert Mobili - Alban-Udi Xristian Dini İcmasının sədri
Aleksandr Şarovski - Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri
Rafiq Abdullayev – "Buduq" Xeyriyyə Cəmiyyətinin sədri
Gülcan Miəsautova - "Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyətinin sədri
Ismayıl Rəhimov - Azərbaycanda Yaşayan Axısxa Türklərinin "Vətən" İctimai Birliyinin sədri
Sevinc Bulacova - Azərbaycanda ingiloy icmasının rəhbəri
Rafael Qvaladze - Azərbaycanda yaşayan gürcü icmasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri /oxu.az

Siyasi       Tarix: 10 noyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe apa.az xeberler butun xeberler xeberlər