"Azərbaycanda yayılma ehtimalı realdır, karantin rejiminə keçilməlidir" - Adil Qeybulladan "meymunçiçəyi" açıqlaması

"Meymunçiçəyi" virusu ilə bağlı vəziyyət pisləşməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada fövqəladə vəziyyət elan edib. BMT-nin Səhiyyə Agentliyi bu il 14000-dən çox yoluxma və 524 ölüm hadisəsinin baş verdiyini bildirib ki, bu da keçən ilki rəqəmləri xeyli üstələyib.
İndiyə qədər ölüm hallarının 96%-dən çoxu Konqoda qeydə alınıb. Təşkilat xəstəliyin insanlar arasında daha asan ötürülə bilən yeni mutasiyasının yayılma təhlükəsi ilə bağlı həyəcan təbili çalıb.
Maraqlıdır, sözügedən xəstəliyin Azərbaycanda yayılma ehtimalı varmı? Ölkədə yenidən karantin rejimi tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı tibb üzrə elmlər doktoru Adil Qeybulla KONKRET.az-a açıqlamasında diqqətli olmağımızın vacibliyini vurğulayıb:
"Qlobal dünyanın bir hissəsi olduğumuz üçün "meymunçiçəyi"nin Azərbaycanda yayılma ehtimalı realdır. Buna görə də transsərhəd keçid zonalarında nəzarət gücləndirilməlidir. Xəstəlik şübhəsi olan insanlar karantinə götürülməlidir. Risk hələ də qalır, xəstəlik mutasiyaya uğramış formadadır. Ola bilər ki, yayılaraq daha ciddi hala gəlsin. ÜST bunu riskli saydığına görə qlobal təhlükə kimi qeyd edir. Bu da təbii ki, fövqalada vəziyyət deməkdir. Hazırda Afrikada vəziyyət təhlükəli hala gəlməkdədir. İnfeksiyanın lokallaşdırılması üçün təcili karantin rejimi tətbiq edilməlidir. Çalışmaq lazımdır ki, xəstəlik oradan planetin digər yerlərinə yayılmasın. İnsanların birbaşa təmasının qarşısı alınmalıdır. Cinsi münasibətlər, üz-üzə danışma və ya əllə görüşmə də xəstəliklərin yayılmasına şərait yaradır".
Mütəxəssis "meymunçiçəyi"nin əlamətlərini də sadalayıb:
"Virusun əlamətləri qızdırma, bel ağrısı, ümumi halsızlıqla müşahidə olunur. Dəridə ağ və yaşıl maye ilə dolu qabarçıqların yarandığını görürüksə, deməli, sözügedən xəstəliyə yoluxmuşuq. Bunlar "meymunçiçəyi"nin əsas əlamətidir. Bu əlamətlər görüldükdə mütləq həkimə müraciət etmək lazımdır. Xəstəliyin inkubasiya dövrü 10-12 gündür. Lakin bəzi hallarda ölümlər qaçılmaz olur. Dediyim kimi, xəstəliyin Azərbaycanda yayılma ehtimalı var. Nəzərə alsaq ki, adıçəkilən virus mutasiyaya uğrayıb, o zaman təhlükə daha da böyüyür".
Məlik Məlikov,
KONKRET.az

Sağlamlıq       Tarix: 15 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi banklar dunya xeberleri apa.az xeberler maliyye xeberler bugun