COVID peyvəndinə artıq ehtiyac qalmadı – Terapevtdən MÜHÜM AÇIQLAMA

COVID peyvəndinə artıq ehtiyac qalmadı – Terapevtdən MÜHÜM AÇIQLAMAPayız-qış mövsümündə havaların soyuması ilə yanaşı, respirator virus infeksiyalarının da artması müşahidə olunur. İnsanlar arasında qrip, soyuqdəymə və digər tənəffüs yolu xəstəliklərinin çoxalması bəzən virusların güclənməsi ilə əlaqələndirilsə də, mütəxəssislər bu fikirlə razılaşmırlar. Onların sözlərinə görə, əsas səbəb orqanizmin müqavimətinin zəifləməsi və insanların özlərini düzgün qoruya bilməməsidir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, soyuq aylarda insanların geyimə və temperatur dəyişikliklərinə qarşı ehtiyatsız davranması, immunitetin zəifləməsinə gətirib çıxarır:
COVID peyvəndinə artıq ehtiyac qalmadı – Terapevtdən MÜHÜM AÇIQLAMA"Qış aylarında virus infeksiyalarının yaranması virusun miqdarının çoxalması ilə bağlı məsələ deyil. Sadəcə, insanlar soyuq havalarda kifayət qədər isti geyinmədikdə və bədəni soyuqdan qorumadıqda, orqanizmin müqaviməti aşağı düşür. Nəticədə soyuqdəymə və virus infeksiyaları üçün şərait yaranır," – deyə həkim qeyd edib.
Terapevt bildirib ki, bu cür infeksiyalar demək olar ki, bütün ölkələrdə, hər bir ev mühitində mövcuddur:
"Viruslar hər zaman ətrafımızdadır. İnsan yoluxduqda isə infeksiya inkişaf edir. Soyuq havalarda xəstəliklərin çoxalmasının səbəbi virusların artması yox, insanların özlərini lazımi səviyyədə qoruya bilməməsidir."
Rasif Bağırov həmçinin peyvəndlərlə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, COVID-19 əleyhinə peyvənd 2023-cü ildən etibarən başa çatıb və hazırda həmin peyvəndin vurulmasına ehtiyac yoxdur:
"COVID əleyhinə peyvənd spesifik olaraq həmin virusa qarşı hazırlanmışdı. Qrip əleyhinə peyvənd isə fərqli tərkibdədir və bütün qrip növlərini əhatə etmir. O, əsasən bir həftədən artıq davam edən bəzi viruslara qarşı qoruyucudur. Yeni növ viruslar yarandıqda həmin peyvənd onların qarşısını ala bilmir."
Həkim əlavə edib ki, qrip və COVID peyvəndləri arasında xüsusi zaman aralığı saxlamağa ehtiyac yoxdur, çünki hazırda COVID peyvəndi tətbiq edilmir və qrip əleyhinə peyvəndlər mövsümi xəstəliklərə qarşı profilaktik tədbir kimi istifadə oluna bilər.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 08 oktyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber sonxeber cəbhədən son məlumat xeberler