Tibdə inqilab edən, damarını deşib ürəyinə kateter salan həkimlə bağlı - ŞOK FAKTLAR

Tibdə inqilab edən, damarını deşib ürəyinə kateter salan həkimlə bağlı - ŞOK FAKTLARÖz üzərində təcrübə aparan alim
1929-cu ildə Almaniyanın paytaxtı Berlində Verner Forssmann adlı gənc bir həkim tibbdə inqilab edir.
Xəstəxanaların birində kiçik əməliyyat otağında işləyən həkim tibb elmini dəyişdirəcək bir kəşf üçün böyük təcrübə aparmaq, ağlındakı fikiri həyata keçirmək istəyirdi. Bunun üçün nə meyit, nə də sınaq üçün hər hansısa heyvandan istifadə etmək istəyirdi. Bu təcrübəni o, məhz öz bədəni üzərində aparmaq qərarına gəlmişdi.
Forssman ürəyə kəsik atmadan daxildən çatmağın mümkün olduğuna inanırdı. Damarın içinə kanül yerləşdirib kateteri ürək boşluğuna qədər itələmək o dövrdə tamamilə dəli bir cəhd kimi görünürdü. İş yoldaşları onu ağlını itirmiş adam sayırdı. "Mümkün deyil", "öldürücü olacaq", – deyə dəfələrlə xəbərdarlıq da etmişdilər.
Amma Forssmann qərarında qəti idi. Əgər təcrübəni özü üzərində aparsaydı, heç kim "başqasının həyatını riskə atdı", – deyə bilməzdi.
Beləcə, o həmin gün sol qolunu keyləşdirdi, damarını deşdi və ehtiyatla 65 santimetr uzunluğundakı kateteri öz damarına ürəyinə çatana qədər yeritməyi bacardı.
Kateter hələ bədənindəykən solğun, amma qətiyyətli halda rentgen şöbəsinə qaçdı. Şəkildə aydın görünürdü: kateter artıq ürəyin sağ boşluğundaydı. Əvvəllər ağlasığmaz görünən bir şey indi reallığa çevrilmişdi.
Amma bunu heç kimə izah edə bilmədi. Həmkarları onu alqışlamadı, əksinə qəzəbləndilər. Ondan uzaqlaşdılar, hətta onunla işləmək istəməyənlər oldu.
Forssmann bu hadisədən sonra işini itirdi. Uzun illər qəribə, hətta "dəlisov" biri kimi qəbul edildi. Amma onun bu hərəkəti bir tibbi inqilabın başlanğıcı idi.
Bu gün ürək kateterizasiyası müasir tibbin ən vacib diaqnostik və müalicəvi üsullarından biridir. Bu kəşfin sayəsində milyonlarla insanın həyatı xilas olunub. Forssmann haqlı çıxmışdı. Elə ona görə də 1956-cı ildə Tibb üzrə Nobel Mükafatına layiq görüldü. Azacıq küskün və qəmgin olsa da, o mükafatı qəbul etdi.
Onun hekayəsi klassik mənada qəhrəmanlıq dastanı deyil, səssiz bir dərsdir.
Bəzən başqaları üçün təhlükəsiz olan yolu hazırlamaqdan ötrü sən özünü təhlükəyə atılmalısan. İnsanların qəbul etdiyi "doğru" anlayışlarına qarşı çıxdığın üçün səni dəli adlandıra bilərlər. Amma yolun doğrudursa, davam et. Bildiyin o doğru yolda qətiyyətlə addımlamaq səni hər zaman işığa aparacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Sağlamlıq       Tarix: 10 oktyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar. KONKRET.azxəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliy

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

5 ədəd badam yeyib, sonra idman et – Sirr

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər. -a istinadən xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmada

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir. KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience"


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda xeberler bu qun son xeberler az siyaseti xeberler bugun