Azərbaycanda yeni böyük bank yaranacaq

Azərbaycanda yeni böyük bank yaranacaqAzərbaycan Mərkəzi Bankı ölkənin bank sektorunda konsolidasiya proseslərini, o cümlədən bankların birləşməsi və satın alınmasını dəstəkləyir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, maliyyə sektorunun strukturunda iki-üç böyük oyunçu üstünlük təşkil edir. Onun sözlərinə görə, konsolidasiya nəticəsində rəqabətin də artacağı gözlənilir.
KONKRET.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında bankların birləşərək daha böyük maliyyə qurumlarına çevrilməsini müsbət addım kimi qiymətləndirib.
İqtisadçı bildirib ki, əldə etdiyi məlumata görə, AccessBank və Bank Respublika arasında satınalma və ya birləşmə ilə bağlı danışıqlar aparılır:
"Əlimizdə olan məlumatlara görə, AccessBank-la Bank Respublika arasında satınalma və ya birləşmə ilə bağlı danışıqlar gedir. Yəni ümumi razılıq var. Çox güman ki, gələn ilin əvvəlindən bu banklar birləşəcək və bununla da ölkənin dördüncü ən böyük bankı yaranacaq. Həmin iki bankın aktivlərini də nəzərə alsaq, bunu böyük banka çevrilmə yolunda atılan mühüm addım hesab etmək olar".
N.Cəfərlinin sözlərinə görə, bankların birləşdirilməsi sadəcə arzu və istəkdən irəli gələn proses deyil, zərurətdən qaynaqlanır. Kiçik banklar rəqabətə davam gətirmək üçün birləşmək barədə danışıqlar aparır, aktivlərini və müştəri bazalarını nəzərə alaraq güclərini birləşdirirlər.
O qeyd edib ki, bu proses dünya ölkələrində də tətbiq olunur və Azərbaycan üçün də normal haldır.
İqtisadçı hesab edir ki, kiçik bankların birləşərək daha böyük banklar yaratması sektor üçün mühüm addımdır. Onun fikrincə, ölkədə böyük bankların sayının artması rəqabət mühitinin güclənməsinə şərait yarada bilər:
"Hazırda ölkənin iki-üç güclü bankı bazarın təxminən 70 faizinə nəzarət edir. Bu isə rəqabət mühiti baxımından ciddi problemlər yaradır".

Sosial       Tarix: 30 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA

"Bələdiyyə sənədinin mövcudluğu öz-özlüyündə torpaq sahəsinə çıxarış verilməsi üçün kifayət etmir. Əsas məsələ torpağın hansı hüquqi əsasla, hansı tarixdə, hansı prosedurla və hansı səlahiyyətli bələdiyyə tərəfində

Bu ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da Yasamal və Səbail Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərind

Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil edib. xəbər verir ki, bu barədə Mərkəz

Ərzaq, yanacaq, kommunal xidmətlər… - Azərbaycanda bahalaşma mənzərəsi

Son illər Azərbaycanda vətəndaşların gündəlik xərcləri artıb. Ərzaqdan tutmuş yanacağa, geyimdən kommunal xidmətlərə qədər bir çox sahədə qiymət dəyişiklikləri ailə büdcəsinə təsir göstərir. İnsanlar əvvəlki illərlə müqayisəd

Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsAp

Dünyada bu meyvə bahalaşacaq

2026-cı ilin sonu və 2027-ci ilin əvvəlində dünya bazarında bananın qiymətinin artacağı gözlənilir. milliaz-a istinadən xəbər verir ki, "Chiquita Brands International" şirkətinin rəhbəri Karlos Lopes Flores bahalaşmay

Azərbaycanda yeni böyük bank yaranacaq

Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektorunda konsolidasiya proseslərini, o cümlədən bankların birləşməsi və satın alınmasını dəstəkləyir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, maliyyə sektorunun strukturund

Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda körpə pilləkəndən yıxılaraq ölüb. xəbər verir ki, Sabunçu qəsəbə sakini 2024-cü il təvəllüdlü A.İ qonşusunun evində pilləkənlərdən yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır

Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub. -a istinadla xəbər verir ki,  TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib. Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbua


yeni xeberler son xeberler azerbaycan xeberleri şou biznes xəbərləri hava cəbhədən yeni xəbərlər xeber