Azərbaycanda yeni cərimələr olacaq - 550 - 1500 AZN
Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi üçün yeni cərimələr müəyyənləşir.
azxeber.com "Azərtac"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanunda əksini tapıb.
Dəyişikliyə əsasən, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər beş yüz əlli manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər üç min manat məbləğdə cərimə ediləcək.
Yuxarıda qeyd edilmiş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər səkkiz yüz manat məbləğdə, vəzifəli şəxslər iki min manat məbləğdə, hüquqi şəxslər dörd min manat məbləğdə cərimə ediləcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO