Azərbaycanda yüksək vəzifələrə təyinat
Naxçıvan Muxtar Respublikanın (MR) Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinə yeni təyinatlar olub.
azxeber.com "qaynarinfo.az"a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.
Əmrə əsasən, yeni yaradılan "Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardim Xidməti" publik hüquqi şəxsin direktoru Səbuhi Vahid oğlu İbrahimov, "Qan Bankı Və Qan Köçürmə Mərkəzi" publik hüquqi şəxsin direktoru Məmmədəli Əli oğlu Həsənov, "Treninq və Simulyasiya Mərkəzi" publik hüquqi şəxsin direktoru Aytən Əlövsət qızı Rzayeva, yeni yaradılan "Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" publik hüquqi şəxsin direktoru Rifat Almurad oğlu Məmmədov (bundan əvvəl Elçin Zakir oğlu Rəfiyev), "Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi" publik hüquqi şəxsin direktoru Mustafa Həsən oğlu Əliyev, "Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsin direktoru Rəhim Nəcəf oğlu Rəhimov təyin edilib.
Sonuncu Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının keçmiş baş həkimidir. O, noyabr ayında Samiq Sadıxovun əmri ilə işdən çıxarılmışdı.

Yay Dəli-Dolu gəlir
Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Azercell-in "Premium" abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Avroviziya' qalibi Bakıya gəlməkdən imtina etdi
Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama
Azərbaycan və Ekvador arasında xüsusi pasport sahibləri üçün VİZALAR LƏĞV EDİLDİ
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
"Qarabağ"ın iyunun 27-də Avstriyadakı oyunu ləğv edildi - Səbəb
30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama
Prezident Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi - Fotolar
Bakıda bu göyərti növünün qıtlığı yaranıb - Səbəb açıqlandı
Ağır yol qəzası baş verdi: 6 nəfər ölüb, 2 nəfər yaralanıb
Bakıda qəribə OLAY: Kişi telefona çox baxan arvadını döydü