Azərbaycanda "Zəfər" adlı yeni mis-qızıl yatağı kəşf edildi - FOTO
Azərbaycanda "Zəfər" adlı yeni mis-qızıl yatağı kəşf edildi - FOTO
Azərbaycanda yeni faydalı qazıntı yatağı kəşf edilib.
Bu barədə ölkəmizdə qızıl, mis və gümüş hasil edən "Anglo-Asian Mining Plc" şirkəti məlumat verib.
Bu yataq Gədəbəy Müqavilə Sahəsində xəritələşdirmə proqramı nəticəsində aşkar edilib. Ərazi şirkətin Gədəbəy emal zavodunun təxminən 1,5 kilometr şimal-qərbində yerləşir.
İlkin qazıntılar zamanı 113 metr üçün 0,5 faiz mis və bir ton üçün 0,7 qram qızıl əldə edilib. Bu günə qədər ümumi qazma əməliyyatları nəticəsində isə maksimum dərəcədə - 6 faizə qədər mis, 14,6 faizə qədər sink və bir ton üçün 12,4 qram qızıl hasil edilib.
"Anglo-Asian Mining Plc" şirkətinin icraçı direktoru Reza Vəziri yeni yatağın kəşfini müstəsna hal kimi qiymətləndirib və şirkətin "Zəfər" yatağının kəşf edildiyini elan etməkdən qürur hissi keçirdiyini bildirib. Onun sözlərinə görə, bu kəşf Gədəbəy Müqavilə Sahəsinin davamlı potensialını və geoloji kəşflərlə bağlı qazma proqramlarının effektivliyinə inamı nümayiş etdirir.
Şirkətin Geologiya və mədən sənayesi direktoru Stefın Vesthed "Zəfər" yatağını yüksək prioritetli faydalı qazıntıları olan yataq kimi dəyərləndirib və ilkin qazma işləri zamanı ümumi 7 min 675 metr uzunluğunda qazıntı işlərinin aparıldığını, 12 qazma çuxurunun tamamlandığını bildirib. O əlavə edib ki, ərazidə üç minerallaşmış zona müəyyən edilib.
Qeyd edilib ki, ərazidə minerallaşma səviyyəsinin daha dərindən öyrənilməsi üçün geoloji kəşfiyyat qrupu iqtisadi qiymətləndirmə üçün əraziyə cəlb olunacaq.








Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız