Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Xızıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
BDYPİ-dən azxeber.com-a daxil olan məlumatda deyilir:
"Bu gün saat 09:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 69-cu kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Qasımov Orxan Heydər oğlunun idarə etdiyi "VAZ-2106" markalı, 10-BP-326 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla əks istiqamətdə hərəkətdə olan Rusiya Federasiyasının vətəndaşı Maqomed Abdulmecidovun idarə etdiyi "DAF" markalı, T 706ME05 qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü O.Qasımov, eləcə də sərnişinləri Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Xudabaxışov Pərviz Nurəddin oğlu və onun 2 aylıq qızı Xudabaxışlı Mədinə Pərviz qızı hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər - 1964-cü il təvəllüdlü Vəsxanım Xudabaxışova və 1998-ci il təvəllüdlü Əfsanə Xudabaxışova isə xəsarət alıblar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Putin narahatdır, Gerasimov prezidenti aldadır
Tezliklə maaşlar artırıla bilər – ŞAD XƏBƏR
Bakıda qadın evinin həyətində ölü tapıldı
"Qurani-Kərim"lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü - Foto
"İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki..."
İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi
Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB
"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü
Məşhur müğənni 7-ci dəfə evləndi