Azərbaycandan Ermənistana ÇAĞIRIŞ

Azərbaycandan Ermənistana ÇAĞIRIŞ"Cənubi Qafqaz xarici müdaxilədən yalnız region ölkələrinin bir-birinə səmimi şəkildə hörmət etdiyi, barışdığı və başqa yerdən himayədar axtarmağı dayandırdığı halda xilas ola bilər".
KONKRET.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ABŞ-ın nüfuzlu "The National Interest" dərgisində dərc olunmuş "Rusiyanın həyatındakı geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır" başlıqlı məqaləsində yazıb.
O qeyd edib ki, Azərbaycanın Qarabağ regionunda tam suverenliyini bərpa etməsi ilə 30 illik münaqişə başa çatıb, lakin sülhə aparan yol isə hələ davam edir: "Bir sıra ölkələr regionun yenidən düzənlənməsindən danışarkən əsasən hərbi və iqtisadi müttəfiqlər olan Ermənistan-Rusiya əlaqələrinə fokuslanırlar. Lakin Ermənistan hələ də Qərbin sanksiya siyahısına daxil edilmiş bir sıra malların Rusiyaya çatdırılmasını davam etdirir. Ermənistan Rusiya iqtisadiyyatından çox asılıdır. Ticarəti dövriyyəsi 4,6 milyard dollar təşkil edir və bunun əsas payı Moskvanın artıq birbaşa ala bilmədiyi Qərb məhsullarının Ermənistan vasitəsi ilə almasının üzərinə düşür".
Azərbaycandan Ermənistana ÇAĞIRIŞF.Şəfiyev bildirib ki, İrəvanla Moskva arasında indiki mübahisənin əsas səbəbi Rusiyanın Ermənistanın Qarabağ bölgəsindəki irredentist avantürasını dəstəkləməkdə davam edəcəyinə dair gözləntiləri ilə bağlıdır: "Hazırda diqqətin Ermənistan ətrafındakı vəziyyətə və Azərbaycanı Naxçıvanda birləşdirməsi nəzərdə tutulan Zəngəzur dəhlizinə yönəldildiyi bir vaxtda bir sıra xəbər agentlikləri və ekspertlər yeni gərginlik təhlükəsi barədə xəbərdarlıq edirlər. Onun sözlərinə görə, Azərbaycanın Zəngəzuru "zəbt etmək" planı ilə bağlı iddiaları səsləndirənlər aşağıdakı məqamları diqqətə almalıdır. Birincisi, tərəflər arasında münaqişə təxminən 35 il əvvəl Ermənistanda baş qaldırmış "miatsum" (birləşmə) ideyaları ilə başlayıb və bu da onu göstərir ki, münaqişənin əsas səbəbi Ermənistanın ərazi iddialarıdır. İkincisi, bütün fəaliyyətlər və dağıntıların 99 faizi münaqişədən ən çox zərər çəkmiş tərəf olan Azərbaycan ərazisində baş verib. Üçüncüsü, ilk tam etnik təmizləmə 1988-89-cu illərdə Ermənistanda baş verib və orada heç bir azərbaycanlı qalmayıb. Dördüncüsü, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə ilə beynəlxalq hüquq Azərbaycanın tərəfində olub. Azərbaycanın Ermənistan ərazilərini ələ keçirmə planına dair davamlı hekayələr Azərbaycan tərəfindən dəfələrlə rədd edilib və hətta ABŞ rəsmiləri tərəfindən saxta olduğu bildirilib və bu plan regionda heç kimə xidmət etmir".
O əlavə edib ki, hər iki ölkə regiona davamlı sülh gətirmək üçün səy göstərməlidir: "Bu isə qətiyyətli dəstəyə və ərazi bütövlüyü prinsipinin qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi əsasında baş verə bilər: "Bundan əlavə, münaqişə həm xalqlarda, həm də hökumətlərdə dərin emosional izlər buraxıb və ictimaiyyət barışığı təşviq etmək üçün birlikdə çalışmalıdır. Burada beynəlxalq aktyorlar da Britaniya-İrlanda dialoqu, Balkan Platforması və digər bənzər sülh yaratma təşəbbüskəri kimi təcrübələrlə dəstək verə bilərlər".
F.Şəfiyev yazıb ki, qaçqınlar və məcburi köçkünlər məsələsi hər iki ölkə üçün yük olaraq qalır və Azərbaycanın Qarabağ bölgəsini tərk edən ermənilərin taleyini diqqət mərkəzində saxlayan bəzi ölkələr onları öz evlərinə qayıtmağa çağırır: "Qaçqınlar məsələsinə vahid yanaşma lazımdır və bu məsələdə azərbaycanlıların Ermənistana geri qayıtmaq hüququ, onların təhlükəsizliyinin təminatı da nəzərə alınmalıdır. Nəqliyyat layihələri və digər iqtisadi təşəbbüslər müharibənin yaratdığı maneələri aradan qaldıra bilər. Bu sahədə səylər Ermənistan-Azərbaycan kontekstindən kənara çıxmalıdır. Bu baxımdan Gürcüstanın mühüm vasitəçi kimi çıxış edə biləcəyi Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatı perspektivli görünür. Nəticə etibarilə region ölkələri Cənubi Qafqaza söz sahibi olmaq rollarını yenidən öz əllərinə almalıdırlar".

Siyasi       Tarix: 11 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber.az novruz bayramı idman xeberleri hava