"Azərbaycandan keçən kommunikasiyalardan istifadədə maraqlıyıq" - Ermənistan TŞ
"Ermənistan Azərbaycandan keçən rabitə və kommunikasiya vasitələrindən, məsələn, malların daşınması məqsədilə istifadə etməkdə maraqlıdır".
KONKRET.az xəbər verir ki, Ermənistan mətbuatında yayılan xəbərlərə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 10-cu iclasındakı çıxışında deyib.
Qriqoryan qeyd edib ki, İrəvan regionda kommunikasiyaların açılması məsələsinin real həllində maraqlıdır, eləcə də Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətini dəstəkləyir.
"Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün səylər göstərir. Bu prosesdə MDB və BMT-nin fundamental sənədlərinə, eləcə də dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərinin toxunulmazlığını tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə mühüm rol verilir", – Qriqoryan əlavə edib.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü