Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin həcmi niyə azalıb? - Ekspert rəyi

Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin həcmi niyə azalıb? - Ekspert rəyiRusiyanın Rosselxoznadzor Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin məlumatına görə, 2024-cü ilin 7 ayı ərzində Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin həcmi 13,3 min ton azalaraq 338,7 min ton olub.
Hesabat dövründə Azərbaycandan Rusiyaya xurma tədarükündə 71,3% – 18,2 min tondan 31,2 min tona, nektarin 34,2% – 14,1 min tondan 19 min tona, şaftalıda 26,6% – 13,7 min tondan 17,4 min tonadək artım olub.
Eyni zamanda cari ilin yeddi ayında Rusiyadan Azərbaycana kartofun ixracı 8,5 min tondan 23 min tona (2,7 dəfə artım), soğan ixracı 1,5 min tondan 7,7 min tona (5,1 dəfə artım) çatdırılıb.
Xatırladaq ki, avqustun 19-da Bakıda Rosselxoznadzorun rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Rusiya, Azərbaycan hökumətləri arasında karantin və bitkilərin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanıb.
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, meyvə-tərəvəz idxalının artması, ixracının isə azalması ölkədə istehsal olunan məhsulun azaldığını göstərir:
Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin həcmi niyə azalıb? - Ekspert rəyi"7 ay üzrə açıqlanan idxal və ixrac statistikası göstərir ki, Azərbaycan meyvə-tərəvəz idxalını fiziki çəkidə 18,2% artırıb, lakin ixracı 7,1% azaldıb. Fiziki çəkidə kartof ixracı 32,1%, meşə fındığı, fındıq ixracı 31,5%, alma ixracı 5,7%, nar ixracı 41%, xurma ixracı isə 74% azalıb. Azərbaycanın ən çox ixrac etdiyi məhsul meyvə-tərəvəzdir ki, onda da azalma özünü göstərir. İdxalın artması, ixracın azalması məhsul istehsalında azalma olduğunu sübut edir".
Ekspertin sözlərinə görə, istehsalın azalması bazarda məhsulun qiymətində və keyfiyyətində də özünü göstərir:
"Bu il bazarlarda meyvə-tərəvəzin qiymətinin əvvəlki illərlə müqayisədə xeyli artdığını gördük. Həmçinin cari ildə istehlakçıların əldə etdiyi məhsulun keyfiyyəti də əvvəlki illərlə müqayisədə aşağı idi. Məhsuldarlığın aşağı düşməsi daha az məhsulun istehsal olunması ilə bağlıdır. Tələbat olduğu halda istehsal azalıb. İstehsalçılar hətta keyfiyyəti aşağı olan məhsulları da bazara satışa çıxarıb, yaxşı qiymətə sata bilib. Bu da onlara sərf edir".
İqtisadçı Xalid Kərimlinin qənaətinə görə, qeyri-neft məhsullarının ixracında ciddi azalma var:
Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin həcmi niyə azalıb? - Ekspert rəyi"İlk 6 ayda qeyri-neft məhsulları faktiki qiymətlər ilə 10%, real ifadədə 19,1% azalıb. Bu təkcə meyvə-tərəvəzdə deyil, bütün qeyri-neft məhsullarında özünü göstərir, iqtisadiyyatın vəziyyətini xarakterizə edir, ölkənin neft və qazdan aslılığını daha da artırır. Hələ ki, neft-qaz resurslarına görə iqtisadiyyata ciddi mənfi təsir etmir. Lakin ümumilikdə hökümətin qeyri-neft qaz sektorunun inkişafı və onun büdcədə payının artırılması məsələlərində uğurlu olmadığını göstərir. Meyvə-tərəvəzin Rusiyaya ixracının azalmasının hazırda iqtisadiyyata mənfi təsiri olmasa da, bu işlə məşğul olan fermerlərin maliyyə göstəricilərinə mənfi təsir edir".
Aygün Mirakif,
KONKRET.az

Sosial       Tarix: 20 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar az kriminal xeber xəbər az kriminal