"Azərbaycanı vurardıq" bəyanatına Bakıdan cavab: "İranda yaxşı bilirlər ki…"

İran parlamentinin deputatı Kamran Qəzənfərinin Azərbaycanın ünvanına növbəti dəfə səsləndirdiyi ittihamlar iki ölkə arasında münasibətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Deputat bu dəfə İranın müharibə zamanı Azərbaycana hücum etməyə hazırlaşdığını, lakin Prezident Məsud Pezeşkianın buna mane olduğunu iddia edib.
Kamran Qəzənfərinin bu cür əsassız və təxribat xarakterli açıqlamaları İranın rəsmi siyasətinin elementi sayıla bilərmi, yoxsa bu, yalnız radikal deputatın şəxsi mövqeyidir? Bu cür bəyanatlar Azərbaycan–İran münasibətlərinə real təsir göstərə bilərmi?
KONKRET.azxəbər verir ki, Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqamətlərindən biri ikitərəfli münasibətlərin inkişafıdır.
Onun sözlərinə görə, bu münasibətlər çərçivəsində əsas prioritet qonşu dövlətlərlə əməkdaşlığın yüksək səviyyədə təmin edilməsidir:
"Bu prizmadan yanaşdıqda, İran İslam Respublikası ilə əlaqələr Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmiz hər zaman İranla mehriban qonşuluq siyasətinə sadiq qalıb və bunu təkcə sözlə deyil, əməli addımları ilə də sübut edib. Bütün bu reallıqlar fonunda İran parlamentinin üzvü Kamran Qəzənfərinin İranın guya Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq istədiyi, lakin bunun qarşısını Məsud Pezeşkianın aldığı barədə iddiaları təəssüf doğurur. Bu cür reallığa uyğun gəlməyən, təxribat xarakterli ittihamlar səsləndirilib".
Deputat bildirib ki, bu fikirləri İranın rəsmi mövqeyi kimi qəbul etmək istəməzdi:
"Ümid edirik ki, bu, yalnız İrandakı müəyyən radikal qrupların mövqeyidir. Hesab etmək istəyirik ki, İran İslam Respublikasının ali siyasi rəhbərliyi bu yanaşmanı bölüşmür. Çünki onlar yaxşı bilirlər ki, Azərbaycan heç vaxt İrana qarşı hər hansı kampaniyada iştirak etməyib. Belə olan halda, İrana qarşı heç bir addım atmamış Azərbaycana hərbi əməliyyatların gündəmə gətirilməsi üçün əsas yoxdur".
E.Nəsirov qeyd edib ki, Azərbaycan uzun illərdir bu siyasətə sadiqdir:
"Əksinə, Prezident İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı İrana qarşı mümkün hərbi əməliyyatlar geniş müzakirə olunurdu və Azərbaycanın ərazisindən istifadə niyyətləri gizlədilmirdi. Həmin vaxt İlham Əliyev ABŞ Prezidenti Corc Buşa açıq şəkildə bildirmişdi ki, Azərbaycan heç bir halda öz ərazisindən üçüncü dövlət tərəfindən İrana qarşı istifadə olunmasına icazə verməyəcək. Bu mövqe Ağ Ev qarşısında keçirilən brifinqdə də ictimaiyyətə açıqlanmışdı. Artıq 20 ildir ki, Azərbaycan bu siyasətə sadiqdir və heç bir dövlətə öz ərazisindən İrana qarşı istifadə etməyə imkan verməyib. Bu, bizim dostluq və mehriban qonşuluq siyasətimizin göstəricisidir. Hesab edirəm ki, İranın siyasi rəhbərliyi və xalqı bunu çox yaxşı bilir. Onlar həm də fərqindədirlər ki, Azərbaycan bu mövqeyinə görə bir çox hallarda Qərb ölkələrinin əsassız təzyiqləri ilə üzləşib".
Deputatın fikrincə, rəsmi Tehran da bu reallığın fərqindədir:
"Ona görə də istərdik ki, bu fikirlər yalnız bir iranlı deputatın və ya müəyyən radikal qrupların mövqeyi kimi qiymətləndirilsin, İran dövlətinin rəsmi mövqeyi hesab olunmasın. İnanırıq ki, İranın rəsmi dairələri Azərbaycanın hər zaman dostluq və mehriban qonşuluq siyasətinə sadiq qaldığını və bu siyasəti uğurla həyata keçirdiyini yaxşı bilirlər".

Siyasi       Tarix: 28 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler kriminal az xeber xeber.az