Azərbaycanın AŞ-ın Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyəti bəyanat yaydı

Azərbaycanın AŞ-ın Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyəti bəyanat yaydıAvropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin oktyabrın 26-da Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qəbul etdiyi bəyannamədə ölkəmizə qarşı əsassız ittihamları və qərəzli münasibəti qətiyyətlə rədd edirik.
azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin bəyanatında yer alıb.
Azərbaycan nümayəndə heyəti bəyanatda bildirir ki, ölkəmizin Avropa Şurasına üzv olduğu uzun müddət ərzində Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altında olmuş, bir milyona yaxın azərbaycanlı Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində məcburi köçkünə çevrilib. Lakin ötən dövrdə bu məsələlər Konqresdə heç vaxt xüsusi olaraq müzakirə olunmayıb, beynəlxalq hüququn kobud şəkildə pozulması və onun humanitar nəticələri ilə bağlı açıq şəkildə heç bir mövqe ortaya qoyulmayıb. Bundan başqa, 2020-ci ildən sonrakı postmünaqişə dövründə Azərbaycanın üzləşdiyi humanitar problemlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yüzlərlə yaşayış məntəqələrinin tamamilə dağıdılmasına, ərazilərin kütləvi şəkildə minalarla çirklənməsinə və bütün bunların azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına təsirinə diqqət yetirilməyib:
"Bütün bunların fonunda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanın öz suveren ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələrinin mövcudluğundan irəli gələn təhlükəsizlik təhdidinin aradan qaldırılması məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini təhrif edən bəyannamə qəbul etməsi dərin təəssüf doğurur. Bundan başqa, Azərbaycanın regionda davamlı sülhün bərqərar olması və Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası istiqamətində göstərdiyi ardıcıl səylər, habelə Ermənistanın həmin səyləri sarsıtmağa yönəlmiş təxribatçı fəaliyyəti Konqresin bu bəyannaməsində lazımi səviyyədə tanınmamışdır.
Bu baxımdan, Konqresi Azərbaycana qarşı məkrli siyasi kampaniyaya sürükləməsini və ölkəmizlə bu qurum arasında konstruktiv əməkdaşlığa xələl gətirməsini məsuliyyətsizlik hesab edirik. Azərbaycan nümayəndə heyəti olaraq, ölkəmizə qarşı göstərilən bu ədalətsiz yanaşmanı tam şəkildə rədd edir və Konqresi regionumuzda sülh prosesi ilə bağlı lazımi ehtiyatlı davranış sərgiləməyə və ciddi şəkildə öz mandatı çərçivəsində hərəkət etməyə çağırırıq".

Siyasi       Tarix: 28 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün valyuta mezennesi banklar xabar az sonxeberler