Azərbaycanın AŞPA-nı tərk etməsinə beynəlxalq reaksiyalar: "Uduzan tərəf Bakı deyil"

Azərbaycanın AŞPA-nı tərk etməsinə beynəlxalq reaksiyalar: Son baş verən insident Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı ilk qərəzli mövqe nümayişi deyil. Hələ 2000-ci illərdə AŞPA-dakı məruzəçilərin Azərbaycan əleyhinə fəaliyyəti, ölkəmizin gözdən salınmasına edilən cəhdlər ənənə halını alsa da, sonrakı dönəmlərdə mövqelərində bir qədər yumuşalma hiss olunurdu.
Amma İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinə qısqancıqla yanaşan digər Avropa təşkilatları kimi, AŞPA da ölkəmizi hədəfə alıb. 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatlarından sonra beynəlxalq təşkilatlar ölkəmizi etnik təmizləmədə ittiham etməyə başladılar. Fransanın diqtəsi ilə aparılan antiAzərbaycan kampaniyasının nəticəsi kimi Avropa Parlamenti bir neçə dəfə Azərbaycan əleyhinə qətnamə qəbul etdi.
İki gün əvvəl AŞPA-da baş verən hadisələr də bunun məntiqi davamı idi. Azərbaycana total hücum kompaniyasının davam etdiyi bir vaxtda AŞPA-nın  mövqeyini şərh edən xarici ekspertlər  yekdilliklə Azərbaycan nümayəndə heyətinin qərarına haqq qazandırıblar.
Rusiyanın Siyasi və Sosial Texnologiyalar Laboratoriyasının rəhbəri Aleksey Nejivoy hesab edir ki, Azərbaycan AŞPA-da öz fəaliyyətini dayandırmaqla düzgün addım atıb:
Azərbaycanın AŞPA-nı tərk etməsinə beynəlxalq reaksiyalar: "Bu struktur Avropa xalqlarının maraqlarına cavab vermir. Yaxın Şərqdəki münaqişə fonunda Qərb dünyasında çaxnaşma güclənir. Dünyanın qalan hissəsinə "barbarlar" kimi yanaşmaq artıq mümkün deyil və bundan sonra da mümkün olmayacaq. Onlar Ermənistanı fəlakətə sürükləyirlər. Erməni elitası Qərbin əlində oyuncağa çevrilib.  Qərb Ermənistana Ukraynanın taleyini yaşatmağa hazırlaşır".
Rusiya Müasir Dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov da məsləyə münasiət bildirib:
Azərbaycanın AŞPA-nı tərk etməsinə beynəlxalq reaksiyalar: "Hesab edirəm ki, Azərbaycan düzgün addım atıb. Yeri gəlmişkən, Rusiyanın AŞPA ilə bağlı mövqeyi də oxşardır. Biz beynəlxalq təşkilatların suveren dövlətləri və onların nümayəndələrinin ləyaqətini alçaltmasına imkan verməməliyik. Müvafiq olaraq, bu halda AŞPA uduzur, çünki Azərbaycandan fərqli olaraq öz imkanlarını azaldır, imic və reputasiya itkilərinə məruz qalır. İslamofobiyanın təzahür ü isə AŞPA-nın beynəlxalq imkanlarının azalmasına səbəb olacaq".
Rusiya Etnomilli Strategiyalar Agentliyinin direktoru, tarix elmləri doktoru Aleksandr Kobrinski bildirib ki, Azərbaycanın qərarı hazırkı vəziyyətə adekvatdır:
Azərbaycanın AŞPA-nı tərk etməsinə beynəlxalq reaksiyalar: "Bakı bu məsələdə uduzmayacaq. AŞPA boş bir təşkilatdır. Daim qurbana ehtiyacı olan elit avropalı avaralar üçün sığınacaqdır. Təqib hədəfi olmasa, AŞPA mövcudluğunu saxlaya bilməyəcək. Azad və qürurlu millətlərə nəzarət etmək və onları sıxışdırmaq üçün yaradılmış bu təşkilatda Rusiya fəaliyyətini çoxdan dayandırıb".
Ukrayna analitik mərkəzinin prezidenti Aleksandr Oxrimenkonun sözlərinə görə, AŞPA ayrı-ayrı dövlətlər üçün lobbiçilik edir:
Azərbaycanın AŞPA-nı tərk etməsinə beynəlxalq reaksiyalar: "Azərbaycan sərt mövqe tutmaqla düzgün iş gördü. İndi AŞPA dəyişməli və həqiqətən beynəlxalq təşkilata çevrilmək barədə düşünməlidir. AŞPA-nın iş metodlarını və üslubunu dəyişmək lazımdır. Dünya dəyişib, bizə yeni beynəlxalq təşkilatlar və yeni yanaşma lazımdır".
Qazaxıstanlı politoloq, Nyu-York Elmlər Akademiyasının üzvü Nurlan Munbayev hesab edir ki, AŞPA etimadını itirir:
Azərbaycanın AŞPA-nı tərk etməsinə beynəlxalq reaksiyalar: "Etiraf edirəm ki, Azərbaycanla AŞPA arasında münasibətlər həmişə gərgin olub. Bir tərəfdən, AŞPA Avropa Şurası çərçivəsində əməkdaşlığa və dialoqa töhfə vermiş üzvlərindən birini itirdi.  Digər tərəfdən, Azərbaycan AŞPA-da öz maraqlarını və mövqelərini müdafiə etmək imkanından məhrumdur. Hər iki tərəf dialoqa və kompromislərə hazır olsa, gələcəkdə etimadı və əməkdaşlığı bərpa etmək yollarını tapa bilərlər. Amma hələlik vəziyyət gərgin və qeyri-müəyyən görünür".
Gürcü politoloq Şota Axaidze hesab edir ki, AŞPA-dan çıxmaq Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb etmir:
"Əksinə, Azərbaycan bu strukturdan çıxsa, uduzan tərəf  AŞPA olacaq. Birincisi, ona görə ki, AŞPA nominal təşkilatdır və qərarları məsləhət xarakterlidir. İkincisi, Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir, onunla əməkdaşlıq Avropa üçün faydalıdır.  Qərb siyasəti isə əsasən bu regionda sabitliyin pozulmasına yönəlib".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 26 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeberler son xeberler bugun 2026 azerbaycan beynelxalq bank mezenne bugünki xəbərlər