Azərbaycanın BMT-dəki daimi nümayəndəsi TŞ-də erməni yalanlarını İFŞA EDİR

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi TŞ-də erməni yalanlarını İFŞA EDİR"Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, 30 ilə yaxındır ki, məhz Ermənistan 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayıb:
"Bu kontekstdə Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi ikiüzlülüyün təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün bir neçə ay davam edən kampaniyanın bir hissəsidir".
BMT-dəki daimi nümayəndəmiz həmçinin Ermənistanın Qarabağdakı qeyri-legitim rejim vasitəsilə razılaşmaları pozduğunu bildirib və Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin siyasiləşdirilməsinə cəhd etdiyini diqqətə çatdırıb.
"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yerli sakinlərə humanitar yardım çatdırması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton blokları və bütün digər fiziki maneələri sökmək lazım idi. Bunun ardınca BQXK-nin 24 saat ərzində Laçın yolundan istifadə imkanlarının genişləndirilməsi nəzərdən keçirilirdi. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bir saat ərzində bu razılaşmanın praktiki icrasına başlamağa hazır idi", – diplomat vurğulayıb.
Onun sözlərinə görə, bundan başqa, "yaxınlıqdakı Azərbaycanın Yevlax şəhərində mərkəzi hökumət nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu".
BMT-dəki daimi nümayəndə qeyd edib ki, avqustun 5-də Ermənistan öz qeyri-legitim rejiminin vasitəsilə siyasi motivli və qanunsuz ilkin şərtlər və müxtəlif bəhanələr irəli sürərək hər iki razılaşmadan son anda imtina edib: "Avqustun 5-də BQXK vasitəsilə humanitar yüklərin çatdırılması razılaşmasının pozulması yeganə maneə deyil. Əslində, bu, Ermənistanın bu humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirmək, habelə humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etmək cəhdinin davamıdır, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaq və yerli etnik ermənilərin reinteqrasiyasına mane olmaqdır".
Qeyd edək ki, nümayəndəmizin çıxışı hazırda davam edir.

Siyasi       Tarix: 17 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar en son xeberler bu gun ən son xəbər şou biznes xəbərləri