Azərbaycanın bu kəndində ilk: Təhsilə dəstək layihəsi keçirildi - FOTO
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi "Təhsil evdən başlayır" layihəsinin icrasına başlayıb.
"Azerçay"ın dəstəyi ilə keçirilən layihə çərçivəsində Astaranın Diqo kəndində tədbir baş tutub. Bu, Diqo kəndinin tarixində bir ilk olub. Azərbaycan Himninin səsləndirilməsi ilə başlayan tədbirdə valideynlərin maarifləndirilməsi məqsədilə təlim proqramı, uşaqların əylənməsi üçün şou-proqram həyata keçirilib.
Tədbir zamanı "Təhsilə dəstək, həyata dəstəkdir" sloqanı ilə uşaqların sağlam qidalanması və sağlam düşünməsini, təhsilin rolunu, bu prosesdə valideynlərin dəstəyinin önəmini vurğulayan çıxışlar edilib, viktorina və oyunlar keçirilib. Böyük coşqu və sevinc hisslərinin müşayiət etdiyi tədbirdə iştirak edən ucqar kənd sakinlərinə "Azerçay" markasına məxsus məhsullarla yanaşı, uşaqlara məktəbli çantası, "Çinar Yayımları"nın məktəb ləvazimatları, "Ecojoys"un məntiq və zəka oyuncaqları, "ETİ"nin şirniyyat paketləri, "JBA Group"un hədiyyələri təqdim olunub.
Qeyd edək ki, "Təhsil evdən başlayır" layihəsi erkən uşaq inkişaf dövrünün önəminə diqqət çəkərək, məktəbəqədər təhsildən faydalana bilməyən uşaqlara çatmağı və onlar üçün evlərində keyfiyyətli məktəbəqədər təhsil şəraitini təmin etməyi hədəfləyib. Layihə, həmçinin, analara uşağın inkişafı və təhsili ilə bağlı məlumat və dəstək vermək, uşaqla anası arasında əlaqəni gücləndirmək məqsədi daşıyır. İctimai Birliyin "Azerçay" və digər tərəfdaşlarla əməkdaşlığı ölkəmizdə korporativ sosial məsuliyyət, eləcə də vətəndaş cəmiyyəti institutu və özəl sektorun iş birliyi üçün gözəl nümunə olub. İnanırıq ki, ölkəmizin gələcəyi olan övladlarımız üçün bərabər şəraitdə həyata başlamaq onların uğurlu inkişafında ilk addım olacaq.



/ azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"