"Azərbaycanın Çinin dəstəyinə ehtiyacı var" - İran mediası

"Bakı ilə Pekin arasında münasibətlər son iki ayda sürətlə inkişaf edib".
KONKRET.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyinin "Azərbaycan Çinlə yaxınlaşır" başlıqlı məqaləsində qeyd olunub.
Bildirilir ki, iki ölkə arasında bağlanmış bir sıra sazişlər Çinin Cənubi Qafqazda təsirini gücləndirməyə və sözügedən ölkənin Azərbaycana sərmayə qoymasına zəmin yarada bilər.
Müəllif vurğulayıb ki, ölkələr arasındakı münasibətlərin inkişafı iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan və Çin liderlərinin görüşündən sonra başlayıb.
Mənbə yazır ki, dövlətlər arasında iqtisadi, hərbi və siyasi tərəfdaşlıq yeni dövrə qədəm qoyur. Rəsmi Bakı təşkilatda müşahidəçi statusuna malik olmaq istəyir ki, bu da Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü istiqamətində atdığı ciddi addımdır:
"Proseslər Çinin Cənubi Qafqaz regionunda investor və ticarət tərəfdaşı kimi artan təsirini göstəricisidir. Bu, Xəzər dənizi regionunda ticarət yollarında yerləşən Azərbaycan Respublikası üçün Orta Dəhliz marşrutunu cəlbedici edib. Orta Dəhliz Cənubi Qafqazdan keçən, Çinlə Avropa İttifaqını birləşdirən, milyardlarla dollar investisiyaya malik alternativ ticarət yoludur. Adıçəkilən marşurut mühüm məsələdir və bunun üçün Bakının Pekinin dəstəyinə ehtiyacı var. Çin və Avropa arasında güclü marşrut yaratmaq baxımından Orta Dəhlizin uzunmüddətli uğuru Çindən davamlı yük axınından asılıdır. Azərbaycan üçün əsas prioritet Çinin marağını və investisiyalarını regionla cəlb etməkdir. Həmçinin Bakının rəsmi Pekinlə bir neçə ortaq layihə planları var. Vurğulamaq lazımdır ki, Çin ötən il Azərbaycana 3,1 milyard dollarlıq mal satıb. Bu, əvvəlki illə müqayisədə 40% artım deməkdir.
Agentlik yazır ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın manevr imkanlarını daha da artırıb:
"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına tamhüquqlu üzvlüyünə qəbul olması üçün Çinin dəstəyinə ehtiyacı var. Həmçinin BRİKS-ə üzvlük üçün müraciət etmək Bakı üçün yeni bazarlara çıxış etmək imkanı yaradır. Pekinə yanaşmanı Bakı üçün cəlbedici edən təkcə ticarət və investisiya məsələləri deyil. Çin regionun sürətlə dəyişən geosiyasi mühitində Azərbaycan Respublikasının etibar edə biləcəyi mühüm tərəfdaşdır. Qərb dövlətlərinin iştirakının azalması və Rusiyanın Ukraynadakı müharibəyə diqqət yetirməsi Azərbaycanın xarici siyasət sahəsində manevr etmək üçün daha geniş imkanlar yaratdı. Nəticədə Bakı Türkiyə və İranla münasibətlərini dərinləşdirə və Çini regionda daha geniş rol oynamağa dəvət edə bildi. Əliyev mövqeyini dəyişməklə Cənubi Qafqazın bütün əsas oyunçuları ilə yeni balans tapmağa çalışır".
Məlik,
KONKRET.az

Siyasi       Tarix: 28 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal xeber gunun xeberleri futbol xeberleri en son xeberler bu gun