Azərbaycanın dəyişməz siyasi mövqeyi

Azərbaycanın dəyişməz siyasi mövqeyiBu gün Cənubi Qafqazı yenidən həssas regiona çevirmək üçün böyük güclərin yeni manevrləri ilə qarşılaşmaqdayıq. Rusiyanın, İranın qarşılaşdığı çətinliklərdən dolayı, eləcə də Yunanıstanın "əl oyunculuğu" regiona yeni maraqların mövcudluğunu göstərir. Bu tarixi siyasi vəziyyətdə Gürcüstan Azərbaycanla strateji müttəfiqliyini yeni mərhələyə daşımaqla ölkəmizin beynəlxalq nüfuzundan yararlanmaqda, Ermənistan isə ənənəvi olaraq böyük güclər arasında manevr edərək Azərbaycana qarşı qisasçı mövqe sərgiləməkdə, gah Rusiyaya, gah Fransaya, gah da İrana quyruq bulamaqdadır.
Zəfər tarixini yazmış Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistana sarsıdıcı zərbə vurmaqla "məğlubedilməz erməni ordusu mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində təslim olmağa vadar etdi. İkinci Qarabağ müharibəsi Qələbə ilə başa çatdıqdan sonra diplomatik müstəvidə aparılan danışıqlar ölkəmizin tam üstünlüyü ilə davam edir. Keçirilmiş bütün görüşlər və onların gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər bir daha göstərir ki, Azərbaycanın maraq və mənafeləri dövlət başçısı tərəfindən qətiyyətlə təmin edilir.
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasındakı görüşü çərçivəsində Azərbaycanın dövlət mövqeyini qətiyyətlə ifadə etdi və sülhməramlı niyyətini bir daha ortaya qoymuş oldu. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoymuş oldu və artıq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək zamanıdır. Bu görüş regional məsələlərə həsr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən ikitərəfli görüşdə dövlət başçısı iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannaməni xatırladaraq, çoxillik münaqişəyə son qoyulduğunu bildirib. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetdiyini diqqətə çatdıran Prezident Azərbaycanın nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürdüyünü qeyd edib:"Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür".
Soçi şəhərində üçtərəfli görüşdə 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatı müzakirə olunub. O cümlədən, humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılıq əldə olunub. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək, onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğu qənaətinə gəlinib.
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi diqqətə çəkilib və mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılıq əldə olunub. Bunun reallaşmasında Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcəkdir.
Soçi görüşünün nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bu və digər məsələlərlə yanaşı, o da qeyd olunub ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiqlik təsdiq olunub. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılıq da əldə olunub. Bəyanatda Rusiyanın sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verəcəyi diqqətə çəkilib.
Güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə    və  həll etmək barədə razılığa gəlinib.
Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi də diqqətdən kənarda qalmayıb. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılığın əldə olunması əhəmiyyət daşıyır. Rusiya Federasiyasının buna hər vasitə ilə kömək göstərəcəyi təqdirdə  isə məsələlərin müsbət məcrada davam etməsinə töhfə olacaq.
Hesab edirəm ki, Rusiya Federasiyasının bundan sonra da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və tərəqqinin təmin edilməsinə hərtərəfli şərait yaratmağa hazır olması təqdirəlayiqdir.
Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını bildirən dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox ciddi addımlar tələb edən format olduğunu vurğulayıb. Azərbaycan sülhə və təhlükəsizliyə nail olmaq üçün bundan sonra da öz vədinə sadiq qalacaqdır.
Əminliklə qeyd edməliyik ki, əvvəlki görüşlərdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə növbəti dəfə Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin edərək, ədalətli mövqe sərgilədi.
Beləliklə, Azərbaycan qlobal arenada öz mövqelərini möhkəmləndirdi. Mövcud qlobal böhranlar dövründə ölkə prezdentinin simasında Azərbaycan özünün enerji təhlükəsizliyinə yeni töhvələr verməklə dünyada sabitləşdirici qüvvə kimi özünü uğurla təqdim etməkdədir.
İkinci Qarabağ savaşı ilə ölkəmiz əslində Ermənistanla sülh şəraitində yaşamaq iradəsini ortaya qoymuş oldu. Bununlada posrmünaqişə dövrünü yeni mərhələyə daşımaq imkanı təmin edilmişdir və hər üç Cənubi Qafqaz respublikası yeni regional əməkdaşlıq məkanının formalaşması sahəsində geniş perspektivlərə malikdir. Ermənistan üçün yaranan unikal imkanlar göstərilən geopolitik reallıqlara rəğmən ciddi dəyərləndirilməlidir.Bu Ermənistanın gələcəyi üçün qızıl açardır.
Həsən Bayramov, pedaqoji elmlər doktoru, professor / azxeber.com

Siyasi       Tarix: 03 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. xəbə

Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Əhməd Vahidi bir neçə aylıq fasilədən sonra ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxıb. KONKRET.azxəbər verir ki, bu barədə "Associated Press"

"Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı" - Prezident

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətləraras

Azərbaycan XİN ABŞ-ni təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. Bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Amerika Birləşmiş Ştatlar

Trampdan İranla bağlı ŞOK ANONS: "Davam edəcəyik..."

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəklərini bəyan edib. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdəki çıxışı zamanı bildirib. O, Vaşinqtonun qarşısında duran əsas hədəfi

Paşinyan və Pezeşkian bir arada - FOTO

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Görüş zamanı Pezeşkian İran İslam Respublikasının mürəkkəb şəraitdə Ermənsta

Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI

Almaniyanın "Die Welt" nəşri İranın ali dini lideri Əli Xameneinin mümkün ölümü və ondan sonrakı dəfn mərasimi ilə bağlı dəhşətli bir proqnozu yayıb. Nəşrin əldə etdiyi gizli sənədlərə görə, hakimiyyət kütləvi insa

Paşinyan təcili Rusiyaya gedir - Nə baş verir?

Ermənistanın Baş naziri Nikol Paşinyan 6–9 iyul tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək beynəlxalq sənaye sərgisi "İnnprom-2026" tədbirində iştirak edəcək. xəbər verir ki, Erməni KİV-lərinin yaydığ

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, frilanser muzdlu işçi cəlb etmədən, rəqəmsa


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 cəbhədən xəbərlər cəbhədən yeni xəbərlər en son xeberler bu gun