Azərbaycanın diplomatik nümayəndəlikləri koronavirus yayılan ölkələrdən qaytarıla bilərmi? - RƏSMİ
Azərbaycanın diplomatik nümayəndəlikləri koronavirus yayılan ölkələrdən qaytarıla bilərmi? - RƏSMİ
"Diplomatik nümayəndəliklərin rəhbərləri, səfirlər, Baş konsullar, Səfirlik və Baş konsulluqların işçiləri, onların ailə üzvləri koronavirus pandemiyasının yayıldığı ölkələrdə fəaliyyətlərini davam etdirirlər".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası Çində başlayandan bu ölkədəki səfirliyimiz indiyə kimi tam tərkibdə fəaliyyət göstərir:
"Cənubi Koreyada, İran İslam Respublikasında, İtaliyada, o cümlədən, koronavirusun yayıldığı digər ölkələrdə səfirliklərimiz fəaliyyətlərini davam etdirirlər".
"Dövlət başçısı tərəfindən tapşırıq da verilib ki, diplomatik nümayəndəliklərimiz orada qalmalı, fəaliyyətlərini davam etdirməlidir. Onlar zəruri hallarda Azərbaycan vətəndaşlarına xidmət etməli, onlara kömək göstərməlidirlər", - deyə H.Hacıyev əlavə edib.
İlhamə Əbülfət

"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU
Bakı və Astara sakinlərinin nəzərinə
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
Şəhid anası vəfat etdi
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?