Azərbaycanın ən çox ixrac edilən meyvə-tərəvəz məhsulları AÇIQLANDI

Azərbaycanın ən çox ixrac edilən meyvə-tərəvəz məhsulları AÇIQLANDIBu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 408 milyon 242 min 300 ABŞ dolları dəyərində 383 296,07 ton meyvə-tərəvəz ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.
Bildirilib ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 12% artıb, həcmi isə 2,7% azalıb.
Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.
Hesabat dövründə 134 milyon 228 min 940 dollar dəyərində 112 301,96 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 4,7% çox və 5,7% azdır.
Cari ilin yanvar-avqust ayları ərzində 62 milyon 964 min 750 dollar dəyərində (39,8% artım) 11 379,11 ton (artım 48,7%) meşə fındığı ixrac olunub.
Ölkədən həmçinin 18 milyon 265 min 880 dollar dəyərində 27 502,32 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 7,9% artım, həcm olaraq isə 19,9% azalma müşahidə olunub.
Bu ilin yanvar-avqust aylarında ölkədən 29 milyon 669 min 590 dollar dəyərində (6,9% az) 39 075,65 ton (azalma 7,7%) xurma ixrac olunub.
Hesabat dövründə nar ixracının dəyəri 19% azalaraq 2 milyon 424 min dollar, həcmi isə 20% azalaraq 1 541,27 ton təşkil edib.
İxrac üzrə hesabata bu ilin ilk səkkiz ayında 35 milyon 85 min 750 dollar dəyərində 78 215,52 ton kartof məhsulu ixrac olunub ki, bu da illik ifadədə dəyər baxımından 11,9%, həcm ifadəsində isə 14,8% azdır.

İqtisadiyyat       Tarix: 17 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

EBRD növbəti dəfə "Bank Respublika"nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent-bank" adına layi

Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır

"2025-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət, müdafiə və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılara

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı

Ölkənin ilk rəqəmsal bankı Birbank və Visa şirkətinin birgə həyata keçirdiyi Birbank-la "FIFA 2026 Final Oyunu" kampaniyasının nəticələri açıqlanıb. Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzr

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR

Dövlət bankı Azər Türk Bankın kollektivi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin doğum gününün ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizi

Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto

21-26 may tarixlərində Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası tərəfindən həyata keçirilmiş "Gənclər üçün biznes təlimləri" layihəs

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyər

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb. Bununla yanaşı, minera

Azercell-in dəstəyi ilə "RobotChallenge Azerbaijan 2026" uğurla başa çatdı - FOTOLAR

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "RobotChallenge Azerbaijan 2026" uğurla yekunlaşıb. xəbər verir ki, dünyanın ən nüfuzlu robototexnika yarışlarında

TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberlər sonxeberler cəbhədən son dəqiqə ən son xeberler