Azərbaycanın hava limanlarında sərnişin axını pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşır

Azərbaycanın hava limanlarında sərnişin axını pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşırAzərbaycanın hava limanlarında sərnişin axını pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşır
Cari ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını iki milyon nəfəri ötüb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Cari ilin təkcə iyun ayında hava limanlarında 530 min nəfərə xidmət göstərilmişdir ki, bu da pandemiyadan əvvəl 2019-cu ildəki göstəricinin 96%-ni təşkil edir.   
Heydər Əliyev Beynəlxalq Aeroportunda baza yeri olan "AZAL" və "Buta Airways" aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq 618 min və 201 min sərnişin daşınmışdır. Bunlardan 457 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir və beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.   
2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 24 xarici aviaşirkət müntəzəm reyslər yerinə yetirmişdir. Bundan əlavə, qeyd edilən ayda "Salam Air" aviaşirkəti Muskat/Maskat şəhərindən Bakıya birbaşa reyslər açmışdır.   
İyun ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Antalya, Əbu-Dabi, Ər-Riyad, Ankara, Şərcə və Minsk şəhərləri daxil olmuşdur. Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin iş gücünə görə  Azərbaycanda və regionda ən böyük hava limanıdır.   
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə hava limanları üçün epidemioloji təhlükəsizlik üzrə beş ulduzlu reytinqə layiq görülmüşdür.  
Bu mükafat, öz sərnişinlərini və əməkdaşlarını koronavirusun yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin yüksək səviyyədə tanındığını göstərir.  /oxu.az

Turizm       Tarix: 13 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər bugün en yeni xeberler xeberlər cəbhədən yeni xəbərlər