Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ

Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ Azərbaycanın İtaliyadakı səfirindən dünya ölkələrinə ÇAĞIRIŞ
İtaliyada erməni tərəfi, ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ört-basdır etmək və Qərb dünyasında, xristian dini çevrələrdə Ermənistanın mövqeyinə dəstək qazandırmaq üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin "sivilizasiyalar arasında toqquşma" olduğunu iddia edir.
Bu barədə Oxu.Az-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin dairələr münaqişəni "müsəlman ölkələrinin əhatəsində olan kiçik "əzabkeş" xristian erməni xalqının yaşamaq uğrunda mübarizəsi" kimi təqdim edir.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə katolik dini çevrələrdə populyarlığı ilə tanınan "Faro di Roma" onlayn qəzetinin müxbiri Giordano Merlicco ilə geniş müsahibəsində erməni tərəfinin bu yalan iddialarını ifşa edib.
Diplomat müsahibəsində münaqişənin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri, çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş və Ermənistan tərəfindən məhəl qoyulmayan sənədlər, habelə 12 iyul tarixindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son hərbi təxribatlar haqqında danışıb.
Səfir son hadisələr vaxtı çox sayda italyan parlamentarlarının, siyasətçilərinin və tədqiqatçıların beynəlxalq hüquq normalarına uyğun olduğu üçün Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyib. Bununla yanaşı, erməni tərəfinin öz xeyrinə qərb dünyasının dəstəyini qazanmaq üçün münaqişəni sivilizasiyaların toqquşması kimi təqdim etdiyini deyən diplomat münaqişənin birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərinə olan iddialarından doğan ərazi münaqişəsi olduğunu qeyd edib. Ermənistanın fərqli mədəniyyətlərə və etnik qruplara yer olmayan monoetnik ölkəyə çevrildiyini, həm Ermənistanda, həm də işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini irsinin məhv edildiyini bildirib.
Diplomat Azərbaycanın müsəlman çoxluğu olan dünyəvi ölkə olduğunu, multikulturalizmə, tolerantlığa və inkluzivliyə böyük əhəmiyyət verdiyini, ölkəmizdə çox sayda sinaqoq, pravoslav, katolik və yevangelist kilsələrin mövcud olduğunu, paytaxt Bakının mərkəzində erməni kilsəsinin də olduğunu və ölkəmizin mədəniyyətlər arasında bir körpü kimi qlobal səviyyədə mədəniyyətlərarası dialoqu təşviq etdiyini deyib. Əlavə edib ki, Azərbaycan dünyada enerji qaynaqları ilə zəngin ölkə kimi tanınır, ölkəmizi başqalarından fərqləndirən əsas sərvəti tolerantlıq və digər mədəniyyətlərə açıqlıq ruhudur.
Diplomat qeyd edib ki, sivil dünya Azərbaycanın bu dəyərlərini yüksək qiymətləndirməli, 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini hərbi cəhətdən işğal edən və bir milyondan çox azərbaycanlının evlərinə qayıtmaq, hətta öz ailə üzvlərinin məzarlarını belə ziyarət etmək hüququnu pozan Ermənistanla məsafəli davranmalıdır.
Müsahibəsində diplomat Azərbaycanın istər İtaliya, istərsə də Müqəddəs Taxt-Tacla yaxın əlaqələrindən, cari ilin fevral ayında Prezident İlham Əliyevin hər iki ölkəyə uğurlu səfərlərindən, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin bu əlaqələrə verdiyi böyük töhfələrdən də söhbət açıb.

Siyasi       Tarix: 03 avqust 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun