Azərbaycanın Məşvərət Görüşlərinə tamhüquqlu üzvlüyünün əhəmiyyəti açıqlanıb
Artıq Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb.
azxeber.com xəbər verir ki, bunun APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvlüyü barədə qərardan danışarkən bildirib.
"Bundan sonra Azərbaycanın xarici siyasətinin üfüqləri də genişlənir. Bizim fərqli geosiyasi kimliklərimiz var. Azərbaycan bir tərəfdən Cənubi Qafqaz ölkəsi olmaqla bərabər, digər tərəfdən Mərkəzi Asiya ölkəsidir, Xəzər hövzəsinə mənsubdur. Azərbaycan Yaxın Şərq regionunun tərkib hissəsidir, Qara dəniz hövzəsindədir. Bütün bunlar Azərbaycan üçün yeni, Prezidentin müəyyən etdiyi xarici siyasət konsepsiyasında aktiv siyasətin yürüdülməsi üçün imkanlar vəd edir. Ona görə də bu format ilk növbədə Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əsasında olan münasibətlərin daha da dərinləşməsinə, Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında iqtisadi, ticarət, humanitar, mədəni əlaqələrin, həmçinin nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə böyük imkanlar və fürsətlər vəd edir", - deyə Hikmət Hacıyev bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib