Azərbaycanın neçə qadın səfiri var?
Azərbaycanın 67 səfiri var, onun yalnız ikisi qadındır.
KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev iyunun 7-də Bakıda keçirilən "Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər" mövzusundakı dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycanda xarici siyasətdə kişi və qadınlar arasında disbalans mövcuddur:
"Qadınlar bu sahədəki strukturlarda rəhbər postlarda, demək olar, təmsil olunmurlar. Ancaq buna baxmayaraq, Azərbaycan gender bərabərliyi məsələsində bir çox ölkələrdən xeyli irəlidədir. Bu il ölkəmiz COP29-a ev sahibliyi edəcək. Azərbaycan hökuməti vaxtında, çevik reaksiya göstərdi. Bu tədbirin Azərbaycanın beynəlxalq nüfuzuna da müsbət təsir edəcək. BMTM də bununla bağlı işlər görür, müxtəlif tədbirlərdə iştirak edirik. Mərkəzin xanımları da bu məsələdə aktivdir. Onlar xarici ölkələrdə tədbirlərdə Azərbaycanı təmsil edirlər. Son beş ay ərzində müxtəlif ölkələrdə keçirilən konfranslara 8 nümayəndəmiz qatılıb. Ümumilikdə ezamiyyələrə baxdıqda mərkəzdə çalışan kişiləri 70 faizi, qadınların isə 30 faizi beynəlxalq platformalarda ölkəmizi təmsil ediblər". (Report)

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da