Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən təsirlənən Böyük Britaniya öz ordusunu müasirləşdirir
Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən təsirlənən Böyük Britaniya öz ordusunu müasirləşdirir
2025-ci ilə qədər Böyük Britaniyanın silahlı qüvvələrinin şəxsi heyətinin sayı 82 min nəfərdən 72,5 min nəfərədək azaldılacaq.
TASS agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə naziri Ben Uolles ölkənin Silahlı Qüvvələrinin əhəmiyyətli dərəcədə yenidən təchiz edilməsini əhatə edən genişmiqyaslı modernləşdirmə planını təqdim edərkən elan edib.
B.Uolles vurğulayıb ki, Britaniya ordusu öz hazırlıq səviyyəsini, ənənəvi və yeni tərəfdaşlarla qarşılıqlı əlaqələrini daim artıraraq, dünyadakı döyüş əməliyyatlarında daha aktiv şəkildə iştirak edəcək.
Bunun üçün Britaniya ordusunda Reyncer adlanan bölmələr yaradılacaq. Onlar Afrikada partizanlara qarşı əməliyyatlar aparacaq və lazım olduqda birbaşa döyüş əməliyyatlarına qatılacaqlar.
Birləşmiş Krallığın Müdafiə naziri bildirib ki, Rusiya və Çinlə rəqabətdə uduzmamaq üçün ordu kardinal dəyişməlidir.
Bundan əlavə, Ermənistan və Azərbaycan arasındakı ikinci Qarabağ müharibəsi İngiltərə rəhbərliyinə pilotsuz uçuş aparatlarının bahalı döyüş tanklarını necə sıradan çıxarmasını əyani göstərmiş oldu.
Türkiyə istehsalı olan "Bayraktar TB-2" pilotsuz uçuş aparatlarının erməni zirehli texnikalarını məhv etdiyini əks etdirən kadrlar Birləşmiş Krallığın Müdafiə nazirliyi tərəfindən də diqqətlə öyrənilib.
Bu məqsədlə B.Uolles PUA-ların istehsal olunduğu zavoda baş çəkmək üçün İstanbulda səfərdə olub.
Daha sonra o həmkarlarına müraciət edərək "Türk pilotsuz təyyarələrinin tankları necə məhv etdiyini görürsünüz və özünüzə sual verin: "Döyüş meydanını hansı gələcək gözləyir?", - deyib. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına