Azərbaycanın qlobal "zəhərə" qarşı "zərdabı" - TƏHLİL

Azərbaycanın qlobal "zəhərə" qarşı "zərdabı" - TƏHLİL Azərbaycanın qlobal "zəhərə" qarşı "zərdabı" - TƏHLİL
Azərbaycan dövləti qlobal risklərin ssenarisini və onların ölkəyə təsirlərini nəzərə alaraq, bütün iqtisadi resurslarını mümkün təhlükələrə qarşı sipər edib.
Koronavirus pandemiyasının yaratdığı həyəcan atmosferi, bu həyəcanlı mənzərənin iqtisadiyyatda neqativ proseslərlə müşayiət olunması hazırda iqtisadi-siyasi dairələrin müzakirə predmetidir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti, aidiyyəti qurumlar koronavirus infeksiyasına qarşı ictimai və iqtisadi immunitet yaradaraq, neqativ təsirləri minimuma endirməyi qarşıya hədəf qoyublar.
Ölkə rəhbəri İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında AzTV-yə müsahibəsində koronavirusa qarşı tədbirlər planından danışıb.
Prezidentin dediklərini soyuq başla və məntiqlə süzgəcdən keçirsək, görərik ki, hökumətin koronavirus əleyhinə tətbiq etdiyi qaydalar, görülən işlər vaxtında və düzgün atılmış addımlardır.
"Bəzi ölkələrdə gündə yüzlərlə - 500-600 insan vəfat edir. Yəni bu, onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər.
Ona görə bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq", - deyə Prezident çıxışında bildirib.
Azərbaycan koronavirusa qarşı mübarizədə regionda ilkə imza atan ölkələrdən oldu. Belə ki, Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və bu Fonda 20 milyon manat ayrıldı.
Fonda ianə edilən vəsaitlər koronavirus əleyhinə işlərə sərf ediləcək, bu isə görülən işlərin daha da effektiv nəticələnməsinə gətirib çıxaracaq.
Azərbaycanın strateji valyuta ehtiyatları, idxaldan asılılığın azalması, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatı daha dayanıqlı edir və risklərə hazır vəziyyətə gətirir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-fevral aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 12 milyard 578 milyon manat təşkil edib.
Müvafiq dövrdə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 965 milyon 200 min manat vəsait yönəldilib.
Prezident bildirib ki, inflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirlərinin artımı isə 9 faizdir.
"İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar", - deyə İlham Əliyev əlavə edib.
Ölkələr arasında iqtisadi əlaqələrin məhdudlaşdırılması, sərhədlərin bağlanması, idxal-ixrac əməliyyatlarının azalması, sözsüz ki, sahibkarlığa mənfi təsir edən amillərdəndir.
Dövlət isə koronavirusun ziyan vurduğu sahələrdən başlıcası – sahibkarlıq subyektlərini diqqətdən kənarda saxlamır, əksinə, sahibkarlığın dinamikasının aşağı düşməməsinə çalışır.
Bu məqsədlə Prezidentin sərəncamı ilə sahibkarlığa dəstək vermək məqsədilə Nazirlər Kabinetinə bir milyard manat ayrıldı.
Bu məbləğin ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin.
Belə bir məqamda sahibkarlar da öz işçilərini ixtisar etməməlidir. Prezident müsahibəsində bununla bağlı bütün sahibkarlara çağırış edib.
Eyni zamanda, məşğulluq ön plana çıxmalı, makroiqtisadi sabitlik təmin edilməlidir – Prezidentin iqtisadi konsepsiyasının mahiyyəti bundan ibarətdir.
Sahibkarlığın inkişafında müsbət dinamikanı saxlamaq məqsədilə təkcə bu sahəyə maliyyə ayrılması kifayət deyil.
Ölkə rəhbəri əlavə edib ki, ən həssas sahibkar qruplarına xüsusi maliyyə dəstəyi ilə yanaşı, vergi güzəştləri də ediləcək, onlara digər imtiyazlar veriləcək.
Göründüyü kimi, Azərbaycan dövlətinin koronavirus "zəhər"inə qarşı kifayət qədər "zərdabı" var.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 25 mart 2020
f Paylaş

Oxşar xəbərlər

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun sou biznes xeber xeber.az son xeberler