Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib
Azərbaycanın Pakistandakı səfiri İrfan Davudov etimadnaməsini ölkə Prezidenti Asif Əli Zərdariyə təqdim edib.
KONRKET.azxəbər verir ki, bu barədə Pakistan Prezidenti ofisinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
Görüş zamanı Zərdari iki ölkə arasındakı yaxın və qardaşlıq münasibətlərini vurğulayıb, ticarət və investisiyaların genişləndirilməsinin vacibliyini qeyd edib. O, həmçinin energetika, regional əlaqəlilik və müdafiə sahələrində əməkdaşlıq perspektivlərini qabardıb, hərbi-sənaye əməkdaşlığındakı tərəqqini alqışlayıb və turizmin, eləcə də xalqlararası əlaqələrin inkişafında birbaşa aviaəlaqənin rolunu diqqətə çatdırıb.
Həmin gün Pakistan Prezidenti Norveç və İsveçrə səfirlərinin də etimadnamələrini qəbul edib. Görüşlərdə ikitərəfli münasibətlərin, o cümlədən ticarət, investisiyalar, energetika və texnologiyalar sahələrində möhkəmləndirilməsi imkanları müzakirə olunub. / konkret.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar