Azərbaycanın Türkiyə üçün atdığı 6 MÖHTƏŞƏM TARİXİ ADDIM
Tarixdə Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu sübut edən bir çox dünya miqyaslı hadisə olub.
Publika.az Türkiyə mediasına istinadən müasir tarixdə Azərbaycanın Türkiyə üçün atdığı 6 möhtəşəm addımı təqdim edir.
2014-cü ildə NATO-nun zirvə görüşünə qatılan Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında gərginlik yaranmışdı. Sarkisyanın Türkiyənin ermənilərə qarşı soyqırımı törətdiyini iddia etməsi Əliyevi hiddətləndirmişdi. O, erməni prezidentə belə cavab vermişdi: "Bu gün, təəssüf ki, Ermənistan prezidenti fürsətçilik edərək Türkiyəyə hücum edir. Türkiyə heyətinin olmadığı bir yerdə bunu etmək çox asandır. Türkiyə yoxdur, amma mən buradayam!".
2015-ci ildə ABŞ-ın Türkiyədəki səfirliyi qarşısında toplaşan bir qrup erməni Türkiyə əleyhinə şüarlar səsləndirmişdi. Türkiyə bayrağına hörmətsizlik edən ermənilər onu yerə atıb yandırmaq istəmişdi. Bunu görən Azərbaycan vətəndaşı müdaxilə edərək Türkiyə bayrağını yerdən götürmüş və ermənilərin cavabını vermişdi.
2016-cı il – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə üçün Almaniyadan üz çevirir. Almaniyanın qondarma erməni soyqırımı qanununu qəbul edən "dostluq ölkələri" ilə görüşməkdən imtina edən Əliyev dünyanın bu haqsızlığa cavabsız qalmayacağını demişdi: "Xocalı qətliamına səssiz qalan Avropa ikili standart həyata keçirir".
2018-ci il - Avropa Şurası Parlament Assambleyasının iclasında Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" hərəkatı işğal faktoru adlandırılmışdı. Buna əsəbiləşən Azərbaycanın millət vəkili Səməd Seyidov ayağa qalxaraq "Türkiyənin əməliyyatı işğal deyil, iki terror təşkilatı İŞİD və PKK ilə mübarizəsidir. Bu, mənim bir millət, iki dövlət kimi verdiyim açıqlamadır" demişdi.
2018-ci il - Avropa Şurasının iclasına qatılan azərbaycanlı millət vəkili Qənirə Paşayeva Türkiyəyə qarşı səsləndirilən terror iddialarına sərt cavab vermişdi: "Avropanın Azərbaycana qarşı həyata keçirdiyi ikili standart Türkiyəyə qarşı da edilir. Türkiyə insanlıq adına mübarizə aparır. Sizi qınayıram".
2020-ci il – Azərbaycanlı gənclər İdlibdəki "Bahar qalxanı" hərəkatına qatılmaq üçün Türkiyə ordusuna müraciət etmişdi. Türkiyəyə göndərilən mesajlar arasında ən çox diqqət çəkən söz isə "Şəhidlərinizə" deməyəcəyik, çünki onlar bizim də şəhidlərimizdir" ifadələri olmuşdu.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA