Azərbaycanın Türkiyədəki qüruru - Aygün Attar Həşimzadə

Azərbaycanın Türkiyədəki qüruru - Aygün Attar HəşimzadəBu gün Türk Dünyasının tanınmış alimi, ictimai siyasi xadimi professor Aygün Attar Həşimzadənin anadan olduğu gündür.
Azərbaycan cəmiyyətində çox sevilən və özü haqqında danışmağı xoşlamayan Aygün xanımı daha ətraflı tanıtmaq üçün onun doğum gününü fürsət bildik.
Ailəsinin bir tərəfi Zəngəzur, bir tərəfi isə Qarabağdan, Şuşadandır. Zadəgan Ağamirovların nəslindən olan Aygün xanım Birinci Qarabağ müharibəsinin cəsur komandirlərindən biri rəhmətlik Adil bəyin və döyüşçü Aqil bəyin bacısıdır.
Aygün xanımın böyük bacısı Sona xanım Həşimova 20 Yanvar faciəsindən sonra Moskvada Qorbaçovun uzatdığı əli "bu əldə millətimin qanı var" deyərək tutmaqtan imtina etmişdi.
Qubadlı rayon partiya komitəsinin katibi Sona xanımın bu cəsarətli davranışı Azərbaycanda böyük rəğbət doğurmuş, xəbər olmuşdu.
Otuz beş ildən artıqdır ki, Türkiyədə fəaliyyət göstərən professorun həyat yoldaşı Sadık Attar Azərbaycanın Güneyindəndir. Təbrizin məşhur Qapalı Çarşısındakı iki yüz illik keçmişə sahib adlı-sanlı ədviyyat tacirlərindən olan Hacı Settar Attaran Ağanın oğludur.
Xoşbəxt və nümunəvi ailə həyatı olan Attar ailəsinin iki qızı, bir oğlu və bir də nəvələri var.
Böyük qızları həkim, kiçik qızları hüquqşünasdır, sonbeşik olan oğlulları isə tələbədir.
Aygün xanım ailə həyatı ilə elmi fəaliyyətini birlikdə davam etdirən fədəkar xanımlarımızdandır. Azərbaycanlıların Türkiyədəki güman yeri, ümid qapısıdır.
Vaxtilə bizim jurnalistlərdən biri onun üçün "Türkiyədəki Azərbaycan" ifadəsini işlətmişdi.
Azərbaycanın Türkiyədəki qüruru - Aygün Attar HəşimzadəTürkiyə Vəkillər Kollegiyasına uzun illər rəhbərlik edən, Türkiyənin Çexiyadakı hazırkı səfiri, hüquq professoru Mətin Feyzioğlunun deyimi ilə "Əhməd Ağaoğlunun qaldırdığı bayrağı hazırda əlində qürur və cəsarətlə daşıyan, yerə düşürməyən Türk Dünyasının büyük alimi və örnək hocasıdır Aygün Attar".
Çox sayda elmi əsəri, ondan çox kitab və yüzlərlə məqalələri var. 
Amerikanın "Newsweek" jurnalı 2009-cu ildə Aygün Attarın yazdığı "İranın Etnik Yapısı" adlı əsərini Yaxın Şərqdə olanları anlamaq üçün oxunması tövsiyə edilən yüz əhəmiyyətli əsər siyahısına salıb.
Türkiyənin ən tanınmış jurnalistlərindən olan məşhur siyasi şərhçi Taha Akyol Aygün xanımın yazdığı "Diyarbəkirin Türk Tarixindəki Yeri" əsərini oxuduqdan sonra "Milliyət" qəzetindəki köşəsində professor Aygün Attarın rəhbərliyi altında təcili olaraq bir elmi heyət formalaşdırılması üçün dövlət rəhbərliyinə çağrış edərək "Aygün hocanın elmi əsaslarla ortaya qoyduğu Türkiyənin çoxluq içində birgə yaşam strategiyasına" ölkənin çox ehtiyacı olduğu haqqında bizləri qürurlandıran bir məqalə yazıb.
Arzu edənlər "Google" vasitəsilə məqaləni oxuya bilərlər.
Aygün Attarın iki kitabından Azərbaycan Elm və Təhsil Nazirliyinin qərarına əsasən ali təhsil müəssisələrində dərs vəsaiti olaraq istifadə edilir.
O, Zəngəzurun Azərbaycandan məcburi alındığına, Qərbi Azərbaycanın bizim ata baba torpağımız olduğuna dair gerçəkləri əks etdirən 20-30 il əvvələ aid yazılıb çap olunan çox sayda məqalənin altında imzası olan vətənsevər alimimizdir.
Professor beynəlxalq ictimaiyyət tərəfindən də yaxşı tanınır.
O, BMT-nin qadın və mətbuat forumunun üzvü, onun təşəbbüsü ilə qardaş ölkədə UNESCO ilə birlikdə qurulan gender bərabərliyi mərkəzinin sədridir.
Aygün Attar Əhməd Ağaoğludan sonra Türkiyədə mühüm vəzifələri tuta bilən yeganə soydaşımızdır.
Azərbaycanda anadan olduğu halda dövlət universitetində seçki ilə Türkiyədə rektor olan ilk azərbaycanlıdır.
O, qardaş ölkədə müxtəlif elm ocaqlarında dekan, prorektor və rektor vəzifələrində işləyib, Türkiyə Respublikası Baş nazirinin müşaviri olub.
Azərbaycanın Türkiyədəki qüruru - Aygün Attar Həşimzadə2021-ci ildən Türkiyə Prezidenti Ərdoğanın rəhbərlik etdiyi Təhlükəsizlik və Xarici Siyasət Şurasının üvzü olan professor Attar beş illik təyin edildiyi bu vəzifəsini də böyük nailiyyətlə yerinə yetirib və vəzifəsinin səlahiyyət müddəti bir neçə gün əvvəl başa çatıb.
Bütün ömrü və yaradıcılığı boyu Azərbaycan başda olmaqla Türk Dünyasına töhfə verən Aygün Attarın dünyanın hər tərəfindən çox sayda aldığı mükafatları var.
Beynəlxalq miqyaslı mükafatlarından bəziləri bunlardır:
(2012)
Dünyanın 104 universitetinin üzv olduğu, mərkəzi Avropada yerləşən Qaradəniz Ölkələri Universitetlər Birliyi Ağı (BSUN) tərəfindən "Üstün Başarı Mükafatı"
(2013)
Kosova Respublikası tərəfindən Türk-İslam Dünyasına Xidmətlərinə görə "Xidmət Nişanı"
(2014)
"Siyasətdə və İqtisadiyyatda 2023 Vizyon" jurnalı tərəfindən Türkiyədə verilən "İlin Rektoru" mükafatı 
(2014)
İngiltərədə, "Oksford"da "Sokrat" mükafatını alan Aygün Attar "İlin rektoru", rəhbərlik ettiyi Giresun Universiteti isə "Ən yaxşı idarə edilən universitet" seçilib.
(2014)
Qaradəniz bölgəsindəki xidmətlərinə görə Beynəlxalq Qara dəniz sahil yolundakı ən böyük parka "Professor Aygün Attar Gənclik Parkı" adı verilib.
(2015)
Türk Dünyasının Birlik İdeyasına töhfə verdiyinə görə TÜRKSAV tərəfindən "Türk Dünyasına Xidmət" beynəlxalq medalı
(2015)
Qazaxıstan dövləti tərəfindən Türk Dünyasına xidmətlərinə görə "Dövlət Medalı"
(2016)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən A.Attar Azərbaycan naminə fəaliyyətlərinə görə 3-cü dərəcəli "Vətənə Xidmət" ordeni ilə təltif olunub.
(2021)
Azərbaycan Dövlət Diaspor Komitəsi tərəfindən "Diaspor fəaliyyətində xidmətə görə" nişanı 
(2022)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən A.Attar Azərbaycan ilə Türkiyə arasında münasibətlərin inkişafındakı xüsusi xidmətlərinə və xalqlar arasında dostluğun möhkəmləndirilməsindəki roluna görə "Dostluq Ordeni" ilə təltif edilib.
Erməni diasporunın çəkindiyi alimlərdən olan Aygün Attarın elmi yaradıcılığında Azərbaycan həqiqətləri daima ən təməl prioritet olub.
O, vətən torpaqlarımızın işğal altında olduğu illərdə Avropa Parlamentləri daxil olmaqla hər arenada həm elmi, həm ictimai-siyasi mübarizəsini israrla davam etdirib.
Erməni tarixşünaslığının yalanlarını elmi faktlarla ortaya qoyub.
Yürüşlər, mitinqlər, televiziya proqramları təşkil edib, tələbələrini arxasınca apararaq təsirli tədbirlər həyata keçirib.
Aygün xanım Türkiyədə böyük nüfuza sahibdir, o, illər boyu zəhməti ilə əldə etdiyi nüfuzundan daima milli məsələlər üçün istifədə edib. 
Azərbaycana yönəlik xoş olmayan hər təşəbbüs mütləq Aygün xanım tərəfindən anında cavablandırılır.
Erməni əsilli millət vəkili Qaro Paylan haqqında hüquqi mücadilə yolunu seçən Aygün Attar, bir il davam edən məhkəmədən sonra Paylanın deputat mandatını ləğv etdirərək Türkiyədə günlərlə adından söz etdirib, qazetlərdə manşet olub.
Kürdlərin HDP partiya lideri Dəmirtaşın Rusiya səfərində "Qarabağ Ermənistan torpağıdır" bəyənatına görə onu prokurorluğa "vətənə xəyanət" maddəsi ilə şikayət edərək haqqında cinayət işi başlanmasına nail olub.
İllər əvvəl Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin Ankaradakı görüşü zamanı Aygün xanımın "Müasir Dünyanın Ən Böyük Problemi: Erməniçilik" adlı türk və ingilis dillərində çap edilən kitabını əllərində tutaraq ürəkdən güldüklərini əks etdirən bir fotoşəkil var: Ərdoğan Əliyevə "şu hoca var ya, İlham kardeşim, söz konusu Azerbaycan olunca hoca ortalığı sallıyor" deyir və Azərbaycan dövlət başçısı da böyük bir məmnuniyətlə, qürurla gülərək Aygün xanımı təbrik edir.
Azərbaycanın Türkiyədəki qüruru - Aygün Attar HəşimzadəProfessorun Qarabağ savaşı haqqında şəhidlərimizə ithafən yazdığı "44 günün pərdə arxası" adlı son kitabı Azərbaycan və türk dili ilə birlikdə ingilis dilində də çap edilib.
Aygün Attarın müəllifi olduğu bu əsərin elmi redaktoru Türkiyə Təhlükəsizlik Təşkilatının mövcut rəhbəri professor İbrahim Kalındır.
Kitabda Azərbaycan dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən yazılmış təqdimat yazısı yer alır.
2019-cu ildən indiyədək Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə heyətinin sədri olaraq "yumşaq güc" fəaliyyətlərini həyata keçirən dünya şöhrətli alimimiz Aygün xanım Attarı ad günü münasibətilə təbrik edir, ona yorulmaz həyat yolunda yeni uğurlar arzu edirik.
Professor Aygün Attar Həşimzadəyə aid arxiv, qəzet xəbərləri və "Google" bilgilərindən topladığımız məlumatlara əsasən ərsəyə gətirdiyimiz bu yazı ömrünü Azərbaycana ithaf edən bir soydaşımıza bizdən Azərbaycan media nümayəndələrinə doğum günü ərməğanı olsun.
Aygün xanımın cild-cild əsərlərə sığacak ömür yoluna biz bu kiçik yazıyla işıq tutmağa çalışdıq.
Səsiniz, nəfəsiniz daim yüksəklərdən gəlsin, qeyrətli vətən övladı, böyük alim.
Çox sevdiyiniz Qubadlıda ən yaxın zamanda görüşmək ümidilə yeni yaşınız mübarək olsun.
Azərbaycanın Türkiyədəki qüruru - Aygün Attar HəşimzadəAzərbaycanın Türkiyədəki qüruru - Aygün Attar HəşimzadəAzərbaycanın Türkiyədəki qüruru - Aygün Attar HəşimzadəAzərbaycanın Türkiyədəki qüruru - Aygün Attar HəşimzadəAzərbaycanın Türkiyədəki qüruru - Aygün Attar Həşimzadə/ azxeber.com

Siyasi     Baxılıb: 143   Tarix: 16 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbua

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sistemi təkmilləşdirilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla dövlət adından yaradıla

Tehran ABŞ və İsraildən təzminat tələb edir

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ və İsrailin ölkəsinin nüvə obyektlərinə endirdiyi zərbələrlə bağlı BMT-yə rəsmi müraciət ünvanlayıb. Tehran bu hücumları beynəlxalq hüququn birbaşa və kobud şəkildə pozulması kim

Ceyhun Bayramovla Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məluma

Zelenski: "ABŞ bu müharibəni bitirməyə hazırdır"

Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində ABŞ-ın bu müharibəni bitirməyə hazır olduğunu və yaxın şənbə günü Amerikada danışıqlar qruplarının görüşünün planlaşdırıldığını bəyan edib. Onun sözlərinə görə, Ukrayn

"Müxalifət yeni "sentyabr müharibəsi" hazırlayır"— Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki müxalif qüvvələri hakimiyyətə gələcəkləri təqdirdə, yeni hərbi münaqişəni stimullaşdırmaqda ittiham edib. xəbər verir ki, bu gün keçirdiyi brifinqdə Paşinyan müxalifətin sül

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

ABŞ-ın İran müharibəsində qurudan müdaxilə ssenarisini ön plana çıxarmasını zəruri edən iki səbəb görünür:.  xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. O, qeyd edib ki, birincisi, hava zərbələrinin tədricə

Bu, ABŞ və İsrail üçün "bataqlıq" olacaq - Netanyahuya TƏRS SİLLƏ

Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən səsləndirilən son bəyanatlar diqqət mərkəzinə çevrilib. Onun İranla bağlı quru əməliyyatını istisna etməməsi regionda yeni hərbi eskalasiy

Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR

Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla bəzi dövlət orqanlarının rəhbərlərinin və onları


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag son xeberler 2026 son.xabar son xəbərlər