Azərbaycanın Ukraynadakı səfiri son vəziyyəti AÇIQLADI

Azərbaycanın Ukraynadakı səfiri son vəziyyəti AÇIQLADI"Ukraynada vəziyyət çox ağırdır, hər yerdə döyüşlər gedir, o cümlədən Kiyev şəhəri də mərmi atəşinə tutulur".
azxeber.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.
Səfir bildirib ki, azərbaycanlılara mümkün olan köməkliyi göstərməyə çalışırlar:
"Artıq Azərbaycan Xarici İşlər Nazirliyi soydaşlarımızın Ukraynadan çıxarılması üçün üç marşrut müəyyən edib. Onlardan ən təhlükəsizi Moldova marşrutudur. Çünki nisbətən qısadır, 600 km-ə yaxındır, Ruminiya sərhədinə isə 500 km-dir. Oradan isə təyyarə ilə İstanbula, daha sonra Bakıya uçmaq mümkündür. Əlbəttə ki, bu uzun marşrutdur, lakin ən realı budur. Xarici İşlər Nazirliyi bizə Polşa və Slovakiya marşrutunu da tövsiyə edib. Orada problemlər yaranmaqdadır. Hazırda 100-ə yaxın soydaşımız Polşa sərhədində cəmləşib. Ukrayna sərhədçiləri onları nəyəsə görə buraxmır. Baxmayaraq ki, bizim XİN bu barədə Polşa XİN-lə danışıqlar aparıb və sövdələşmə əldə edib. Lakin soydaşlarımızı buraxmırlar. Bunu Azərbaycan XİN-ə də çatdırmışıq. Orada vəziyyət gərgindir".
Elmira Axundovanın sözlərinə görə, artıq Ukraynada sivil vətəndaşlar da həlak olmaqdadır.
"Ukraynada artıq 198 nəfər həlak olub, 1000-dən çox yaralı var, o cümlədən azyaşlılar. Təəssüf ki, Azərbaycan əsilli Ukrayna vətəndaşı olan soydaşlarımız - Nataliya Fərzəliyeva və qızı Səbinə həlak olub, oğlu Zaur isə yaralanıb. Bundan başqa, soydaşlarımızdan biri sığınacaqda oturmaq əvəzinə, əsgərlərin durduğu postun yaxınlığında avtomobil idarə edib və atəşə tutulub, ayağından yaralanıb", - deyə səfir vurğulayıb.

Siyasi       Tarix: 27 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

ABŞ-ın nüfuzlu "National İnterest" (The National İnterest) jurnalında təhlükəsizlik məsələləri üzrə analitik Harrison Kassın qələmə aldığı "Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?"

Milli Məclisin növbədənkanar sessiyasının iclası başladı: 22 məsələyə baxılır

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası  başlayıb. . AZXEBER COM xəbər verir ki, spiker Sahibə Qafarovanın sədirliyi ilə keçrilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. /

Türk bölgəsini ayağa qaldıran qadağa: Rusiya və türk ölkələri hərəkətə keçə bilər

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilər təşkil etmək və təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edib. Məhkəmə Qaqauziyanın xüsusi hüquqi statusunu tənzimləyə

Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?

"Ankara Zirvəsi NATO üçün adi toplantı deyil, alyansın yeni təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək platformadır. Çünki gündəmdə təkcə Ukraynaya dəstək yox, həm də müdafiə xərclərinin artırılması, Avropanın dah

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq

Putindən Krımla bağlı GÖSTƏRİŞ - Nə baş verir? 

Rusiya Prezidenti Vladimir Putin Krım və Sevastopol ərazilərində yanacaq qiymətlərinin aşağı salınması məqsədilə bölgəyə təcili qaydada subsidiyaların ayrılmasını tapşırıb. KONKRET.azxəbər verir ki, hökumətlə keçirilən iclasd

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. xəbə

Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA

"Rusiyada müqaviləli hərbçilərin və səfərbərliklə xidmətə çağırılan şəxslərin tibbi müayinəsi qaydalarında nəzərdə tutulan dəyişikliklərin Azərbaycanda tətbiqi üçün hazırda hər hansı zərurət yoxdur". Bu fikri mövz

Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?

Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Paşinyan brifin


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər son xeberler bugun 2026 canli en son xeberler bu gun bugunun xeberleri