"Azərbaycanın Ukraynadan fərqli olaraq beynəlxalq qurumlarla müqavilələrinin səviyyəsi fərqlidir" - ÖZƏL

İki il öncə Vətən müharibəsində qalib gələn Azərbaycan Qarabağda quruculuq və abadlıq işləri aparır. Xarici şirkətlər Qarabağın bərpasında maraqlı olduqlarını desələr də, Azərbaycan hələ ki, bu işləri öz maddi imkanları gücünə edir. Söz yox ki, 30 il ərzində ermənilərin viran qoyduğu torpaqlarımızın bərpası üçün külli miqdarda vəsait lazımdır. Bununla yanaşı, son günlər bütün dünyanı narahat edən Rusiya-Ukrayna müharibəsində bir sıra dünya dövlətləri və beynəlxalq təşkilatların Ukraynaya böyük həcmdə maddi yardım etdiklərini görürük. Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, Dünya Bankı Hədəf Fondundan Ukraynaya 88,5 milyon avro məbləğində qrant ayıracaq. O bildirib ki, qrant iqtisadi bərpa sahəsində inkişaf siyasətinə ayrılacaq.
Maraqlıdır, müharibədən əziyyət çəkən hər iki ölkəyə niyə eyni səviyyədə diqqət ayrılmır? Ukraynaya böyük həcmdə maliyə vəsaiti ayıran dövlətlər nə üçün Qarabağın bərpasına can yandırmır?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar intensivləşib: "Əslində bu sahədə müəyyən irəliləyişlər var. Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar intensivləşib. Yeni sazişlər üzərində iş gedir. Bu yaxınlarda Qarabağın bərpa və infrastruktur layihələrinə 2,2 milyard avroya vəsaitin ayrılacağına dair razılaşma əldə olunub. Bu, Azərbaycan üçün kifayət qədər böyük məbləğdir. Azərbaycan həmin yardımdan effektiv istifadə edəcək. Sadəcə Azərbaycanın Ukraynadan fərqli olaraq beynəlxalq qurumlarla müqavilələrinin səviyyəsi fərqlidir. Məsələn, Ukrayna Aİ ilə assosiativ saziş imzalayıb. Azərbaycan isə bu sazişi imzalamayıb. Belə məqamlar yardımların həcminə təsir göstərən amillərdəndir".
Ekspertin fikrincə, Qarabağın bərpası üçün Azərbaycanın kifayət qədər maliyyə resursları var:
"Valyuta ehtiyatlarımız lazımi səviyyədədir. Azərbaycan intensiv şəkildə kreditlərə müraciət etmir. Son 30 ildə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq çərçivəsində onlarla layihə həyata keçirilib. Ümumilikdə götürdükdə hər iki qurumun bu illər ərzində Azərbaycanla 6 milyarda yaxın müqavilələri olub. Lakin qlobal mənada məsələyə yanaşsaq Avropanın ortasında 21-ci əsrdə böyük bir müharibə gedir. Burada söhbət təkcə Rusiya-Ukrayna müharibəsindən getmir.
Məsələyə bu kontekstdə yanaşmaq olmaz. Söhbət Qərb və Rusiya qarşıdurmasından gedir. Ona görə də Qərb ölkələri və maliyyə institutları Ukraynaya daha çox dəstək göstərir. Bu anlaşılan məsələdir. Azərbaycan vaxtında hərəkət edərək 44 günlük Vətən müharibəsində kifayət qədər ciddi hərbi uğur qazandı. Vətən müharibəsi özlüyündə Azərbaycanın öz gücü və maddi imkanları hesabına bir çox problemləri həll etmək iqtidarında olmasından xəbər verir. Biz Ermənistanla müharibə aparırdıq. Lakin Ukrayna Rusiya ilə savaşır. Düzdür, Ermənistanın arxasında Rusiyanın dayandığını və böyük dəstək göstərdiyini bilirik. Lakin Ukrayna həm hüquqi, həm hərbi müstəvidə Rusiya ilə birbaşa müharibə aparır. Burada Qərb tərəfindən Ukraynaya daha çevik və böyük həcmli yardımların olması anlaşılandır".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 22 aprel 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com