Azərbaycanın xarici siyasətində Qoşulmama Hərəkatına sədrliyi xüsusi əhəmiyyət daşıyır

Azərbaycanın xarici siyasətində Qoşulmama Hərəkatına sədrliyi xüsusi əhəmiyyət daşıyırAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 2021-ci il 13 iyul tarixində keçirilmiş aralıq konfransında çıxışı zamanı səsləndirdiyi fikirlər xarici siyasi kursumuzun çox əhəmiyyətli mövzularındandır. Dövlət başçısının nitqində toxunduğu mövzular Azərbaycanın Qoşulmama Hərəkatının nüfuzunu artıran beynəlxalq təşəbbüsləri ilə yanaşı, həm də bir sıra sahələrdə əldə etdiyi uğurlardan ətraflı bəhs edir.
2021-ci ildə 60 illiyini qeydə edəcək, təməlində sülh və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanan, dünyanın BMT-dən sonra ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatının dünyadakı nüfuzu, prinsipial mövqeyi onun aktuallığını və əhəmiyyətini daha da artırır. Azərbaycan artıq 10 ildir ki, Qoşulmama Hərəkatı ailəsinin üzvü olaraq bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, habelə ölkələrin daxili işlərinə qarışmamaqla dövlətlərin müstəqil siyasi iradə nümayiş etdirməsinin tərəfdarı qismində qətiyyətli mövqeyini ortaya qoyur. Azərbaycan xarici siyasətinin əsas prioritetləri ilə bütün dövlətlərlə sülh, əmin-amanlıq şəraitində əməkdaşlıq və dostluq münasibətlərində maraqlıdır və bu istiqamətdə sadəcə sözdə deyil, əməldə də mühüm addımlar atır. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini əldə rəhbər tutaraq fəaliyyətini bu yöndə davam etdirməklə bütün dünya dövlətləri ilə münasibətlərini bu prinsiplər əsasında tənzimləyir. Beynəlxalq arenada yüksələn nüfuzu ilə irəliləyən Azərbaycan bir sıra beynəlxalq təşkilatların tərkibində uğurlu fəaliyyətini davam etdirir, özünün haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatı tərkibindəki fəaliyyəti də olduqca uğurludur və xarici siyasətimizdə xüsusi önəm daşıyır. Qısa müddət ərzində hərəkatda təmsil olunan ölkələrin olduqca böyük nüfuz və etimadını qazanaraq 2016-cı ildə dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib.
Sədrliyi dövründə Azərbaycan mühüm təşəbbüslər irəli sürüb və uğurlu nəticələr əldə olunub. 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ölkəmizin təşəəbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü təşkil olunub və s. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan öz humanitar missiyasını da məsuliyyətlə icra edir. Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə, Ümumdünya Səhiyyə Təşkilatına isə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı edib. Bir sözlə, sağlam və effektiv əməkdaşlığa xidmət edən yeni təşəbbüslər də olduqca məqsədyönlü və uğurlu olub.
Azərbaycanın Qoşulmama Hərəkatı tərkibindəki fəaliyyətində xüsusi istiqamətlərdən biri də məhz ərazilərimizin işğalı faktının və Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması ilə bağlı qətiyyətli mövqeyidir.
30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayaraq və azərbaycanlılara qarşı etnik təmizləmə apararaq bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub. 1992-ci ilin 26 fevralında Xocalı soyqırımını törətməsi isə dünyada misli görülməmiş bəşəri cinayətdir. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri, qəbiristanlıqları qəsdən dağıtması əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək məqsədi daşıyıb.
Təəssüflə bildiririk ki, bu 30 il ərzində Ermənistan aparıcı beynəlxalq təşkilatların qətnamə və tələblərinə ümumiyyətlə məhəl qoymayıb. Özünün əsasız torpaq iddialarını və işğalçılıq siyasətini, hərbi, siyasi təxribatlarını davam etdirib. Bu təcavüzlərə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və işğal altındakı tarixi ərazilərinin böyük hissəsini azad edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrini icra edərək beynəlxalq hüququ, tarixi ədaləti bərpa edib. Qırx dörd günlük Vətən müharibə nəticəsində məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğal altındakı digər ərazilərdən qoşunlarını çıxarmağa məcbur olub.
Bu müddət ərzində Azərbaycana göstərilən beynəlxalq dəstək kifayət qədər əhəmiyyət daşıyıb. Belə ki, Qoşulmama Hərəkatı ölkələrinin Bakı Zirvə görüşündə ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyi və heç bir dövlətin Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacağını əsk etdirən Yekun Sənəd bu baxımdan böyük tarixi, siyasi və diplomatik önəm kəsb edir. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etməsi ikitərəfli münasibətlərimizdə əsl dostluq jestidir.
Artıq bu gün qürurla bildirik ki, azad olunmuş ərazilərimizdə yenidənqurma işləri və müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Soydaşlarımızın doğma yurdlarına qısa zamanda və təhlükəsiz qayıdışı prosesi başlayıb. Tarix boyu özünün məkrli əməllərindən və insanlıq əleyhinə cinayətlərindən əl çəkməyən Ermənistan işğal etdiyi ərazilərimizdə çoxsaylı minalar basdırmaqla daha çox insan tələfatına səbəb olub. Beynəlxalq ictimaiyyət və dünya dövlətləri Ermənistana təzyiqlər göstərərək azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməyə məcbur etməlidir. Bəzi dövlətlər beynəlxalq hüququn aliliyini göz önünə almalı, məsələyə qeyri-obyektiv və qərəzli yanaşmalarından əl çəkməlidir. İşğalçı və təcavüzkar ölkəyə havadarlıq etməyin ən böyük təcavüzkarlıq olduğunu dərk etməlidir.
Əminliyimizi ifadə edirik ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.
Kubra Əliyarlı,
YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi,
Binəqədi Bələdiyyəsinin komissiya sədri


Siyasi     Baxılıb: 496   Tarix: 16 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya Avropaya hücum edəcək?

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avropaya hücumunu istisna edib. xəbər verir ki, Kremlin rəhbəri bunu Tverdə hərbi pilotlarla görüşü zamanı deyib. Rusiya lideri bu cür bəyanatları cəfəngiyyat adlandırıb. "Mümkü

Bayden Putini yenə "qəssab" adlandırdı

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini növbəti dəfə təhqir edərək yenə "qəssab" adlandırıb. "Kommersant"a istinadən xəbər verir ki, Bayden bu barədə Şimali Karolinada seçicilər qarşısınd

Hərbi Prokurorluq işçiləri DİN-in yüksək rütbəli vəzifəli şəxsləri ilə birgə hərbi hissələrdə oldular

Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yüksəkrütbəli zabitləri

"Onlar azərbaycanlılara sərf edən xəritəni əsas götürəcəklər" - Petrosyan 

"Ermənistan hakimiyyəti Rusiyanı geri çəkib ölkəni türk vilayətinə çevirməyə çalışır". xəbər verir ki, bu sözləri Ermənistanın ehtiyatda olan ədliyyə general-mayoru Tatul Petrosyan deyib. Onun sözlərinə görə, Ermənista

Bu ölkə Rusiya ilə sərhədini bağlayır - Bütün əlaqələr kəsilir

Latviya Rusiya ilə diplomatik əlaqələri dayandırmaq üzrədir. xəbər verir ki, bu barədə -a Latviyanın "Sabitlik" partiyasından olan azərbaycanlı deputat Amil Səlimov açıqlama verib. Onun sözlərinə görə, hazırda Latviy

Azərbaycan və Britaniya deputatlarının görüşü keçirildi

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Davamlı İnkişaf üzrə Daimi Komitənin iclası çərçivəsində Azərbaycan və Böyük Britaniya nümayəndə heyətlərinin görüşü keçirilib. APA-ya istinadə

Ayxan Hacızadə: Toyvo Klaar qərəzdən qurtula bilmir

Cənab Toyvo Klaar qərəzli münasibətdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışların

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər veri

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Özbəkistana təhvil verib

Azərbaycan beynəlxalq axtarışda olan 2 şəxsi Özbəkistana təhvil verib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Özbəkistan vətəndaşları 1985-ci il təvəllüdlü Xasanov Siyavuş Xalimoviçin və 1990-c


tezbazar azerbaycan xeberleri yeni xeberler son xeberler maliyye xeberler bugun qarabag bugunun xeberleri gunun xeberleri