Azərbaycanın xilasetmə qrupu Kahramanmaraşda fəaliyyətə başlayıb
Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycandan gələn xilasedici qrupları Kahramanmaraşa çataraq zəlzələ bölgəsinə göndərilib.
Bildirilir ki, xilasetmə qrupları təbii fəlakət bölgəsindədir.
Qeyd edək ki, fevralın 6-da gecə saatlarında Türkiyədə 7,4 maqnitudalı zəlzələ olub. Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.
Təbii fəlakətdən sonra ölkə üzrə bütün bölmələr hazırlıq vəziyyətinə gətirilib.
Daxili işlər naziri Süleyman Soylu dördüncü səviyyəli həyəcan siqnalının verildiyini və beynəlxalq yardımın da gələcəyini bildirib.
"Azərbaycan yardıma tələsdi. Bu çərçivədə ilk yardım qardaş ölkə Azərbaycandan gəldi. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə ilkin olaraq 370 nəfərdən ibarət yardım qrupunun göndəriləcəyi açıqlanıb.
Bu açıqlamadan sonra xilasetmə qrupları sürətlə Türkiyəyə çatmaq üçün hərəkətə keçib.
Azərbaycandan olan axtarış-xilasetmə qrupları zəlzələdən 15 saat keçməmiş Kahramanmaraş şəhərinə gəlib. Onlar qısa zamanda zəlzələ zonasına göndəriliblər. Hava limanına enən qruplar sürətlə zəlzələ bölgələrinə göndərilib", - agentlik vurğulayıb. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO