Azərbaycanla Ermənistan arasında gərginlik başa çatır – Kavelaşvili
Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında mövcud olmuş gərgin vəziyyət başa çatmaq üzrədir.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Belqradda serbiyalı həmkarı Aleksandr Vuçiç ilə keçirdiyi birgə brifinqdə deyib. O, Cənubi Qafqazın Şərqlə Qərb arasında ən önəmli bölgələrdən biri olduğunu qeyd edib.
"Serblərin də bu dəhlizlə bağlı böyük imkanları yaranacaq. Biz Qara dəniz vasitəsilə Balkan ölkələri ilə daha sıx münasibətlər saxlayacağıq. Bu ikitərəfli münasibətlər gündəliyimizə daha çox məsələni daxil etməyə imkan verəcək", – Kavelaşvili əlavə edib.
Vuçiç öz növbəsində Gürcüstanın dünyada çox vacib yer tutduğunu bildirib:
"Gürcüstan gözəl ölkədir, Qara dənizə çıxışı var, Rusiya, Azərbaycan, Türkiyə, Ermənistanla həmsərhəddir".
Prezidentin sözlərinə görə, tezliklə Serbiya ilə Gürcüstan arasında azad ticarət sazişinin imzalanması üzrə strateji müzakirələrə başlanılacaq. O, yaxın zamanlarda Tbilisidə Serbiyanın səfirliyinin açılacağını da vurğulayıb.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib