Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edildi
Oktyabrın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
KONKRET.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdən əvvəl İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.
İsrailin Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamladıqdan sonra hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən cənab B.Qans isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü