Azərbaycanla Macarıstan arasında bir sıra sənədlər imzalandı - YENİLƏNİB

Azərbaycanla Macarıstan arasında bir sıra sənədlər imzalandı - YENİLƏNİBBu gün Bakıda keçirilmiş Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
KONKRET.az xəbər verir ki, sənədlərdən biri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Macarıstanın Daxili İşlər Nazirliyi arasında Su Ehtiyatlarının İdarə Edilməsi sahəsində Anlaşma Memorandumu"dur.
Memorandumu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto imzalayıb.
Digər sənəd isə "Azərbaycan və Macarıstan arasında heyvanların sağlamlığı haqqında Əməkdaşlıq Memorandumu"dur.
Memorandumu Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və P.Siyarto imzalayıb.
Bundan başqa, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və P.Siyarto "Macar dilinin və mədəniyyətin tədrisi ilə bağlı saziş"ə imza atıblar.
İclasın yekununda isə Protokol imzalayıb. Onu Azərbaycanın əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev və P.Siyarto imzalayıblar.
***
Bakıda Azərbaycan və Macarıstan biznes forumu işə başlayıb.
KONKRET.az xəbər verir ki, tədbirdə həm dövlət, həm də özəl şirkətlərdən nümayəndələr iştirak edirlər.
Biznes forumundan sonra Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçiriləcək, ikitərəfli əməkdaşlıq sənədləri imzalanacaq. Komissiyanın Azərbaycan tərəfdən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfdən həmsədri isə bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyartodur.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Macarsıtan arasında ticarət dövriyyəsinin dəyəri 2020-ci illə müqayisədə 33 % azalaraq 2,558 milyon ABŞ dolları təşkil edib. Bunun 16 min dolları Azərbaycanın Macarıstana ixracının, 2,572 milyon dolları isə Azərbaycanın Macarıstandan idxalının dəyəridir.

Sosial       Tarix: 03 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az valyuta mezennesi son xeberler bugun şou biznes xəbərləri