Azərbaycanla Meksika arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO
Azərbaycanla Meksika arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.
Bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Anar Kərimov görüş zamanı bu günlərdə Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsindən söz açıb, işğaldan azad olunan əzəli yurd yerimiz Qarabağın zəngin tarixi-mədəni irsə malik olduğunu, Azərbaycan mədəniyyətinin beşiyi sayıldığını vurğulayıb. Eyni zamanda, Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, vandalizm aktları barədə məlumat verib.
Azərbaycanla Meksika arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən A.Kərimov ikitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürü bildirən səfir öz növbəsində fəaliyyəti dövründə Azərbaycanla Meksika arasında iqtisadi, siyasi və digər sahələrlə yanaşı mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.
Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş"-ə də toxunulub, mədəniyyət sahəsində mövcud əlaqələrə töhfə olaraq qarşılıqlı mədəniyyət günlərinin təşkili, hər iki ölkədə Azərbaycan və Meksikanın zəngin mədəniyyətlərinin təqdim edilməsi məqsədilə birgə layihələrin icrası məsələləri müzakirə olunub.
Sonda müvafiq sahədə inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.




Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR