Azərbaycanla Pakistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə olundu
Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeeni qəbul edib.
KONKRET.az nazirliyə istinadən xəbər verir ki, görüşdə iki dost ölkə arasında əməkdaşlığın inkişafına, tərəfdaşlıq sahələrinin genişləndirilməsinə xüsusi önəm verildiyi ifadə edilib.
Enerji sahəsində əməkdaşlığın gücləndirilməsi üçün perspektiv istiqamətlər nəzərdən keçirilib. Enerji sektorunda qarşılıqlı investisiya imkanları müzakirə edilib, mayeləşdirilmiş təbii qaz (LNG), neft-kimya məhsullarının Pakistana təchizatı məsələləri üzrə fikir mübadiləsi aparılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji ehtiyatları və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı barədə məlumatlar, inkişaf planları barədə məlumatlar diqqətə çatdırılıb.
Söhbət zamanı Pakistan şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib. Həmçinin Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyası çərçivəsində enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Birgə İşçi Qrupun tezliklə yaradılmasının vacibliyi qeyd edilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Pərviz Şahbazova ağır itki
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Prezidentdən Naxçıvanla bağlı FƏRMAN
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Fotolar
Türkiyəyə doğru iki qırıcı göndərildi - İsraildən ŞOK
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
Xamenei atasının dəfnində iştirak edəcək?
Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik
Bu ölkədə yeni Prezident SEÇİLDİ
Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar