"Azərbaycanla razılaşdırılmadan heç bir maşın karvanı dövlət sərhədimizi keçə bilməz" - AÇIQLAMA

Ağdam yolu ilə Qarabağa göndərilən humanitar yüklərdən imtina edən ermənilər heç bir halda bu marşrutdan istifadə etməyəcəklərini bildirirlər. Qarabağ separatçılarının apardığı təbliğatın davamı olaraq yerli ermənilər Azərbaycandan göndərilən yüklərdən imtina edirlər.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Turab Rzayev bildirib ki, Azərbaycanın mövqeyi qətidir və Ağdam-Xankəndi yolu açılamayınca Laçın yolu bağlı qalacaq:
"Ermənilər Azərbaycanın göndərdiyi humanitar yardımı Ağdam-Xankəndi yolu ilə qəbul etmək istəmirlər. Bunu erməni mətbuatı da, siyasətçiləri də, Qarabağdakı separatçı rejim nümayəndələri də geniş spektrdə təbliğ edirlər. Vardanyana bağlı qruplara Ağdam-Xankəndi yolunda çadır qurmaları üçün təlimatlar verilib. Eyni zamanda, Araik Arutyunyana məxsus silahlı dəstələrin yolu bağlamağa cəhdlərilə bağlı məlumatlar gəlir.
Əhali arasında genişmiqyaslı anti-Azərbaycan, anti – Türkiyə təbliğatı aparılır. "Biz Azərbaycandan, Türkiyədən yardım istəmirik", – şüarları səsləndirirlər. Belə görünür ki, ermənilər yolun açılmasına imkan vermək istəmirlər. Azərbaycan isə bu məsələdə qərarlıdır və dövlətinizin mövqeyi ondan ibarətdir ki, biz Ağdam-Xankəndi yolunu istənilən halda açmalıyıq. Bundan sonra lazım olsa Azərbaycan qanunvericiliyi çərçivəsində Laçın yolu da açılacaq. Ancaq Laçın yolu Ağdam-Xankəndi yolu açılmadan işləyə bilməz".
Politoloq hesab edir ki, Fransa da regionda təxribatları davam etdirir:
"Fransanın mövqeyi qərəzli və ədalətsizdir. Yalnız Ermənistanın və separatçı rejimin maraqlarından çıxış edir və Azərbaycan dövlətinin maraqlarını nəzərə almadan haqsız mövqe tutur. Sözsüz ki, bu da regionda vəziyyəti gərginləşdirməyə, münasibətləri problematik vəziyyətə çatdırmağa xidmət edir. Və Azərbaycan tərəfi bununla bağlı Fransaya öz etirazını bildirib.
Prezident İlham Əliyev Fransa prezidenti Makronla telefon danışığında açıq şəkildə deyib ki, Azərbaycan üçün Ağdam-Xankəndi yolu prioritetdir. Bu yolun açılmasından sonra Laçın yolundan istifadəyə icazə veriləcək. Azərbaycandan Laçın yolunu tələb etmək, hətta orada heç bir gömrük- sərhəd proseduru olmadan, sanki Ermənistanın daxili ərazisi kimi istifadə etməsini tələb etmək absurd yanaşmadır.
Bundan başqa, Azərbaycanla separatçı rejim arasında əvvəllər müəyyən razılıqlar olub. Ağdam-Xankəndi yolunun açılmasıyla bağlı razılıq əldə olunsa da, yol hələ açılmayıb, sözlərinin üstündə durmayıblar. Eyni zamanda, Bakıda və Yevlaxda reinteqrasiya ilə bağlı görüşlərdən də ermənilər qaçıblar. Qarşı tərəfin sözünə əməl etməməsi isə Azərbaycan tərəfini narahat edir. Fransa yaxşı olardı ki, Ermənistanın tərəfini reinteqrasiya, həmçinin, Ağdam-Xankəndi yolunun açılmasıyla bağlı təlimatlandırsın ki, bölgədə gərginlik azalsın. O isə əksini edir.
Fransadan göndərilən yardım TIR-ları da böyük ehtimalla Azərbaycan sərhədini pozmağa hesablanıb. Onlar çalışırlar ki, Makronun göndərdiyi TIR-lar da əvvəlki yük karvanının yanında dayansın və bununla yeni siyasi şou yaratsınlar. Təbii ki, bu TIR-ların haradan gəlməsi Azərbaycan tərəfi üçün elə də önəmli deyil və Azərbaycanla razılaşdırılmadan heç bir maşın karvanı dövlət sərhədimizi keçə bilməz. İstənilən halda isə Azərbaycanı blokada quran tərəf kimi göstərirlər, guya avropalılar bu blokadanı yarmağa çalışırlar".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 30 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxəbər butun xeberler son xəbərlər azərbaycanda cəbhədən şad xəbər